“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” – YENİ QANUN LAYİHƏSİ GƏLİR

İlin sonunadək “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi Nazirlər Kabinetinə təqdim olunacaq.

Etikxeber.az  xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri vəzifəsini icra edən İbrahim Alışov noyabrın 6-da Bakıda keçirilən IV Beynəlxalq Bankçılıq Forumunda deyib.

“Qanun layihəsi hazırlanıb. 9 fəsil və 72 maddədən ibarət olan sənəd müzakirə olunub və müvafiq strukturlar tərəfindən baxılıb. Layihə ilin sonunadək Nazirlər Kabinetinə təqdim olunacaq. Layihə Dünya Bankı ekspertlərinin dəstəyi və Gürcüstan, Türkiyə, Rusiya, Sinqapur, Malayziya və Böyük Britaniyanın təcrübəsi nəzərə alınmaqla hazırlanıb” – deyə, İ.Alışov qeyd edib.

Etikxeber.az

Read Previous

Gömrükçülər narkotik vasitə aşkarladı – FOTO

Read Next

Prezident Naxçıvana 2 milyon 250 min manat vəsait ayırdı – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir