Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycanda ödənişli uşaq bağçalarında ödənilən vəsaitin maksimum həddinin müəyyənləşdirilməsi təklif olunur.
Etikxeber.az-ın məlumatına görə, bu təkliflə Milli Məclisin Elm və təhsil komitəsinin oktyabrın 18-də keçirilən iclasında komitə sədri İsa Həbibbəyli çıxış edib.
O, iclasda müzakirə olunan yeni hazırlanmış və ilk oxunuşda təqdim olunan “Məktəbə qədər təhsil haqqında” qanuna bu məsələnin salınmasını istəyib.
Komitə sədri maksimum ödəniş həddinin 500 manat olmasını təklif edib: “Amma bu bizim düşündüyümüz variantdır.
Bununla bağlı başqa uyğun təklif olarsa, o təklifi də dəyərləndirə bilərik”.
Etikxeber.az