Ödənilməmiş borclarının, maliyyə sanksiyalarının silinməsini təklif edilir… – DEPUTATDAN İRAD – YENİLƏNİB – (2)

“Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanunda nələr təklif olunur?

Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsi ilə  Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin fevralın 20-də birgə iclası keçirilir.

meclis-oqtay-1

Etikxeber.az xəbər verir ki, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin gündəliyində 10 məsələ var.

MM-in Əmək və sosial siyasət komitəsinin gündəliyində 14 məsələ var ki, onlardan biri “Əlil olan şəxslərin hüquqları haqqında” qanun layihəsi (ikinci oxunuş), digəri isə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” yeni qanun layihəsidir.

Sonuncu sənəddə Azərbaycan Prezidenti İlham Əliyev MM-ə əhalinin məcburi dövlət sosial sığorta sahəsində 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və bu ilin aprelin 1-ə qədər ödənilməmiş borclarının, eləcə də 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış maliyyə sanksiyalarının silinməsini təklif edib.

***

HADIIII

Komitələrin birgə iclasına sədrlik edən MM-in Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli fevarlın 19-da ölkə Prezidenti tərəfindən Qarabağ müharibəsi iştirakçıları, veteranları, 20 Yanvar faciəsi əlilləri və şəhid ailələri ilə bağlı 3 mühüm sənədin imzalandığını bildirib.

Onun sözlərinə görə, məlum sənədlər Azərbaycan Prezidentinin və Azərbaycan dövlətinin müharibə əlilləri, şəhid ailələrinə necə böyük həssaslıq və diqqətlə yanaşıldığınəın növbəti əyani təzahürüdür:

“Bu kateqoriyadan olan insanlar hər zaman diqqət mərkəzindədir. Onların problemlərinə daim həssaslıqla yanaşılır. Dünənki sənədlər də bunun əyani təsdiqidir. Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının, xüsusilə, həssaslıqla yanaşılması tələb edilən vətəndaşlarının yanındadır”.

***

musa-urud

H. Rəcəbli sonra gündəlikdəki “Əlil olan şəxslərin hüquqları haqqında” qanun layihəsinə toxunaraq bildirib ki, birinci oxunuşdan sonra sənədə millət vəkillərinin irad və təklifləri nəticəsində bir sıra dəyişikliklər edilib.
Komitə sədrinin sözlərinə görə, növbəti oxunuşlarda da adıçəkilən sənədə bir sıra bəzi dəyişikliklər edilə bilər.
Sözügedən komitənin üzvü Musa Quliyev isə əlillərin məşğulluq məsələsinin qanun layihəsində konkret göstərilməsini istəyib.
O, bildirib ki, bu məsələdə yenə qeyri-müəyyənlik davam edir:
“Mən bu məsələ ilə uzun illərdir məşğul oluram. Ömrümün az qala 30 ili əlillərlə bağlı məsələlər təşkil edib.Onların problemlərinə mən daha çox bələdəm. Ona görə də əlillərin işlə təmin olunması, məşğulluq məsələsi öz həllini tapmalıdır. Bu məsələdə qeyri-müəyyənlik olmamalıdır”.
H. Rəcəbli də öz növbəsində qeyd edib ki, məlum qanun layihəsi 4 il ərzində hazırlanıb, bir sıra çətinliklərdən sonra müzakirələrə gəlib çıxıb:
“Mən də hesab edirəm ki, Musa müəllimin dediklərində həqiqət var. Amma qeyd edilən təklif bu qanundan daha çox, məşğulluqla bağlı qanunun predmetidir. Çox sevindirici haldır ki, məşğulluqla bağlı yeni redaksiyada hazırlanmış qanun layihəsininb də paralamentə göndərilməsi nəzərdə tutulur”.
***
Etiraz və təklif: “Milli münaqişə” ifadəsi tezliklə qanunvericilikdən çıxarılmalıdır
M. Quliyev çıxışında həmçinin,  Xocalı soyqırımı iştirakçıları ilə bağlı məsələ qaldırıb.  Millət  vəkili deyib ki, qarşıdan Xocalı soyqırımının növbəti ildönümü gəlir, amma hələ də qanunvercilikdəki bir məsələ yanlış olaraq qalmaqdadır:
“Qanunvericilikdə Xocalı soyqırımı zamanı əlil olan, yaralanan insanların milli münaqişə nəticəsində bu hallarla üzləşdiyi qeyd olunur. Bu, “milli münaqişə” ifadəsi çox yanlış və bizim ziyanımıza olan bir  məsələdir. Sabah ermənilər bunu əllərində bayraq edib deyəcəklər ki, baxın, özləri bunu yazıb, Xocalı soyqırımı olmayıb, bunu biz törətməmişik, bu faciə milli münaqişənin nəticəsidir və sairə. Ona görə hesab edirəm ki, bu ifadə tezliklə qanunvericilikdən çıxarılmalıdır”.
Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

Türkiyə və Rusiya prezidentləri arasında növbəti telefon danışığı oldu

Read Next

“Axı, hansı səbəbdən borclar ödənilməyib? ” – AXUNDOVADAN ETİRAZ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir