Ödənişli təhsil alan tələbələrin sayı açıqlandı-RƏSMİ

Happy group of students with thumbs up

15 və yuxarı yaşlı əhalinin hər 1000 nəfərindən 972 nəfəri ali, orta ixtisas və orta təhsilə malikdir. Əhalinin hər 10000 nəfərinə ali təhsil müəssisələrində tələbələrin sayı 200 nəfərdir, orta ixtisas təhsili müəssisələrində 63 nəfərdir.

Etikxeber.az-ın xəbərinə görə, bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev keçirilən mətbuat konfransında deyib.

O, qeyd edib ki, bütün əyani təhsil alan tələbələrin 59,5% ödənişli təhsil alır, o cümlədən bakalavriat səviyyəsi üzrə 58,5%, magistratura səviyyəsi üzrə 62.8% və subbakalavriat səviyyəsi üzrə 61% ödənişli təhsil alır.

“Əyani formada ödənişli təhsil alan tələbələrin 13,8 faizinin və ya 20200 nəfərinin təhsil haqqını dövlət ödəyir. TTKF almaq hüququ 56208 tələbədə o cümlədən, bakalavriat səviyyəsində 40465 tələbədə, magistratura səviyyəsində 5426 tələbədə, subbakalavriat səviyyəsində 10318 tələbədə yaranır”-deyə, A. Paşayev sonra bildirib.

Etikxeber.az

Read Previous

“Cavanşir Feyziyevlə əlaqə saxladım, Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyünüdən istefası məsələsini müzakirə etdik…”-ƏFLATUN AMAŞOVDAN AÇIQLAMA

Read Next

Qalmaqal yaradan deputat Mətbuat Şurasının İdarə Heyətindən-İSTEFA VERDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir