DSX-nın əsgəri-ŞƏHİD OLDU VƏ DƏFN EDİLDİ – FOTOLAR – YENİLƏNİB

2020-ci ilin 7 mart tarixində saat 05:40 radələrində “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayo­nu­­­nun Daş Salahlı kəndi ya­xın­lığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrinin icrası za­manı əs­gər Qarayev El­tun Elman oğlu odlu silahdan açılmış atəş nəti­cə­sində yaralanıb, dərhal Qazax rayonunun diaq­nostika mərkəzi­nə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib. 

DSX-nın rəisi general-polkovnik Elçin Quliyev və DSX-nin digər rəhbər vəzifəli şəxsləri hadisə yerindədirlər.

***

DSX-nın əsgəri-şəhid Qarayev El­tun Elman oğlu bu gün dəfn olunub.

O, doğulub boya-başa çatdığı Bərdə rayonunda-Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, Qarayev El­tun Elman oğlunun əvvəlcə odlu silahdan açılmış atəş nəti­cə­sində yaralandığı və vəfat etdiyi haqda məlumat yayılsa da, sonradan onun Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində şəhid olduğu məlum olub.

Allah rəhmət etsin!

Etikxeber.az

Read Previous

Bütün təhsil müəssisələrində tətilin müddəti martın 27-dək-UZADILDI…

Read Next

“Təxribatda əli olanlara həm simmetrik, həm də asimmetrik cavablar verilib və veriləcək” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir