“Oğlum Şəhid olanda əllərimi yuxarı qaldırıb Allahıma yalvardım ki, mənim qəddarlaşmağıma, xasiyyətimin sərtləşməsinə imkan verməsin…İndi daha da mülayim, daha da yumşaq xasiyyətliyəm…”-TƏK ÖVLADINI-ELMAR İBRAHİMOVU ŞƏHİD VERMİŞ VƏ TƏK-TƏHNA YAŞAYAN ÜMMÜ İBRAHİMOVA – ŞƏHİD ANASI İLƏ MARAQLANAN OLACAQMI? – FOTOLAR – YENİLƏNİB

Mən tək-tənha anayam. Heç kimim yoxdur. Tək övladımı-Elmarımı İkinci Vətən Müharibəsində Şəhid verdim. Tək övladım 22 yaşında Vətən yolunda Şəhid oldu. Oğul, övlad dərdi nə qədər ağır olsa da, Elmarımla, onun Şəhidliyi ilə Fəxr edurəm.

Etikxeber.az xəbər verir ki, bunu Mingəçevirli Şəhid qardaşlar-İslam və Əli Əhmədov qardaşlarının ev-muzeyində İslam Əhmədovun Cənnətdəki ilk doğum günü ilə bağlı keçirilən mərasimdə Şəhid Elmar İbrahimovun anası Ümmü İbrahimova çıxış edərkən bildirib.

O, qeyd edib ki, övladı ötən ilin okyabrın 6-da Suqovuşan istiqamətində döyüşlərdə Şəhid olub, amma nəşini 10 gün sonra, oktyabrın 16-da tapmaq mümkün olub və nəşi elə həmin gün Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

“Övladım hələ müharibədən əvvəl Şəhid olacağını bildirirmiş. Deyirmiş ki, mən Şəhid olacağam. Hətta bu barədə fikirlərini, səsini telefona yazdırıb, dostuna verib. Bu gün də onun həmin səs yazısı durur telefonda… Övladımın 22 yaşı var idi. Bərbər işləyirdi. Bağ evimiz vardı, onu satıb toyunu edəcəkdim…

O, həm də mənim tək övladım idi. Ondan savvayı heç kimim yoxuydu. Yoldaşımı da 6 il əvvəl itirmişdim. Ötən ilin sentyabrın 2-də oğlumun 22 yaşı tamam oldu. Ondan cəmi 19 gün sonra özü könüllü olaraq, Ordu sıralarına yazıldı və səfərbərliyə, təlimlərə cəlb olundu. Sentyabrın 27-dən də döyüşlərdə oldu. Və döyüşlərin 10-cu günündə, oktyabrın 6-da Suqovuşanda qəhrəmancasına Şəhid oldu. Amma onun nəşini 10 gündən sonra tapdıq və oktyabrın 16-da da dəfn etdik.

İnsan başına bəd, bədbəxt hadisə gələndə bir qədər sərtləşir, qəddarlaşır. Mən isə çox yumşaq xasiyyətli insanam. Oğlum Şəhid olanda Allahıma yalvardım, dua etdim ki, qəlbimin qəddarlaşmasına, murdarlaşmasına, xasiyyətimin sərtləşməsinə imkan verməsin. Mən indi daha da mülayim, daha da yumşaq xasiyyətliyəm. Övladımın Şəhidliyi ilə də Fəxr edirəm”-deyə, o, əlavə edib.

***

Etikxeber.az-a açıqlamasında isə Şəhid anası tək-tənha qaldığını, yaşadığını bildirib və əlavə edib ki, yeganə övladının Şəhidliyindən sonra kimsə onunla maraqlanmır:

“Tək-tənha qalmışam…Kimsə də maraqlanmır, nə Şəhidim yada düşür, nə də mən yada düşürəm, maraqlanan yoxdur…Bu, düzgün deyil, bu, insafdan deyil…Belə olmaz…Elə hamı danışır, söz verir, amma gəlib-gedən, oğlum haqqında yazan yoxdur…Mənim oğlum, tək övladım bu Vətən yolunda Şəhid getdi və hər zaman dediyim kimi, oğlumla da, onun Şəhidliyi ilə də fəxr edirəm…Amma Şəhidə, onun tək-təhna, kimsəsiz qalan anasına, Şəhid anasına belə münasibət olmaz…Nə deyim, kimə deyim (Gözləri dolur, səsi titrəyir)…Oğlum çox vətənpərvər, çox İdid bir oğul idi…Hər yerdə ölkəsinin, xalqının təəssübünü çəkirdi…Həm də çox şən-şux, deyib-gülən uşaq idi…Belə oğulu, belə Şəhidi unutmaq olmaz”

Qeyd edək ki, Şəhidimiz ölümündən sonra 3 medalla təltif olunub.

Eyni zamanda, 17 gün öncə onun 23 yaşı tamam, Cənnətdəki ilk ad günü olub.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

Mingəçevir-Bakı-Mingəçevir

Etikxeber.az

Read Previous

Sabah hava-NECƏ OLACAQ?

Read Next

Şəhid qardaşlar: Ali təhsilli, subay- 27 YAŞI TAMAM OLAN İSLAM ƏHMƏDOVUN CƏNNƏTDƏKİ İLK AD GÜNÜ – MƏZARI ZİYARƏT OLUNDU, DOĞUM GÜNÜ İLƏ BAĞLI MƏRASİM DÜZƏNLƏNDİ…-FOTOLAR – YENİLƏNİB – (6)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir