“Oğlum Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovla bir yerdə Şəhid olub…”-EVİN-AİLƏNİN TƏK VƏ SUBAY OĞLU, ÜÇ MEDALLI, BEYLƏQANLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ŞAKİR ORUCOVUN ATASI BAKİR ORUCOV – FOTOLAR

Bugünlərdə-27 sentyabr 2024-cü il tarixində, Şəhidlərimizin Anım Günündə daha bir Şəhid ailəsində, Şəhid ocağında oldum…

Daha bir Nur üzlü İkinci Vətən Müharibəsi Şəhidinin ailəsini, ocağını, məzarını ziyarət etdim…

Daha bir Şəhidimizin-Beyləqanlı, Qəhrəmanlılı İkinci Qarabağ Savaşı Şəhidi Şakir Bakir oğlu Orucovun ailəsi-valideynləri ilə bir araya gəldim…

Öncə Şəhidimizin valideynlərinə Allahdan səbr və dözüm arzuladım…

“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedim..

Ruhu və valideynləri qarşısında baş əydiyimi bildirdim…

Nə etsək, nə etsəm də…Şəhidlərimizin borcundan çıxa bilməyəcəyimi, çıxa bilməyəcəyimizi, ömür boyu Şəhidlərimizə borclu olacağımı, borclu olacağamızı dilə gətirdim…

Təxminən 40 dəqiqə çəkən ziyarətim zamanı Şəhidimizin valideynləri ilə dərdləşdim, söhbətləşdim…

Danışmaq, söhbətləşmək…onlar üçün də, elə mənim üçün də çox ağır və əzablıydı…

Tək oğullarını, subay övladlarını, ümidlərini, arxa-dayaqlarını itirmələri…onları ruha dödərmişdi, sanki bu dünyada deyildilər…

Gözlərindən dərin kədər, üzlərindən dərd yağırdı…

Sözlər də, kəlmələr də…təsəlli üçün bəs etməzdi, etmirdi…

Sözün bitdiyi anlar, kəlmələrin yenə aciz qaldığı anlar idi…

***

Qeyd edim ki, Şakir Orucov 1999-cu ilin Novruz bayramı günlərində, martın 24-də Beyləqan rayonunun Qəhrəmanlı kəndində (qəsəbəsində) dünyaya gəlib…

Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub…

Bacısı hazırda ailəlidir…

2005-2016-cı illərdə orta məktəbdə oxuyub…

18 yaşını tamamladıqdan sonra, 2017-ci ilin yazında həqiqi hərbi xidmətə yollanıb…

2018-ci ilin payızında isə Əsgərlikdən evinə, ailəsinə dönüb…

Bir müddət sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb…

Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərib…

İkinci Vətən Müharibəsinə qatılıb, döyüş yolu 6 gün çəkib…

oktyabrın 2-də bir neçə Vətən sevdalımızla, o cümlədən Əfsanəvi Qəhrəmanlarımızdan olan polkovnik-leytenant, Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovla bir yerdə Füzuli istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Ancaq nəşi 4 gün sonra, oktyabrın 6-da Qəhrəmanlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra üç medalla təltif olunub…

Şəhidimiz həm də subay olub…

Məqamı Uca, dərgahı mübarək olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İkinci Vətən Müharibəsinin 1 oktyabr Şəhidləri-Bilal Qəmbərov, Ziyadxan Əliyev, Tural Abdullayev, Rüstəm Məmmədov, Ramal Məmmədov…SABAH ANIM GÜNLƏRİDİR…

Read Next

İnkişafa, tərəqqiyə, intibaha gedən yolun bünövrəsi-3 oktyabr 1993-cü il!-ELDAR İBRAHİMOV YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir