“Oğlumun müharibədən qayıtmasına hazırlaşırdım, onu qarşılamaq üçün hazırlıq da görmüşdüm, amma…”-ŞƏHİD AĞACAN RƏSULOVUN ANASI PAKİZƏ XANIM – FOTOLAR – YENİLƏNİB – (3)

Bu gün, noyabr ayının 14-də Bakının Səbail rayonundan olan Şəhid ailələri, Şəhid anaları, İkinci Vətən Müharibəsi iştirakçıları, Qazilər, Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon Bibiheybət ərazi ilk partiya təşilatının sədri Sədaqət Həsənova və digər şəxslər Sabirabad rayonun Xəlifəli kəndində Şəhid Ağacan Əfsər oğlu Rəsulovun ailə üzvləri ilə görüşüblər.

Etikxeber.az-ın xəbərinə görə, Şəhid Ağacan Rəsulov 1997-ci ilin sentyabr ayının 10-da Sabirabad rayonunun Xəlifəli kəndində sadə bir ailədə anadan olub.

Ağacangil ailədə iki uşaq, bir bacı, bir qardaş olublar.

Ağacan orta məktəbi bitirdikdən sonra, 2015-2017-ci illərdə Tərtər istiqamətində hərbi xidmətdə, Əsgərlikdə olub.

2016-cı ilin Aprel döyüşlərində iştirak edib.

Əsgərlikdən sonra bir müddət kənddə fəhləliklə, sonra isə Bakı şəhərində yerləşən “Xəzər” balq evində baş ofisiant işləyib.

2020-ci ilin sentyabrın 21-də səfərbərliyə cəlb olunub.

İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə olub.

Füzulidən Şuşayacan uzun və şərəfli döyüş yolu keçib.

Axınırcı dəfə ailəsi ilə noyabrın 1-də danışıb.

Ondan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.

Və noyabrın 8-də Şuşada, Şuşanın işğaldan azad edildiyi gün qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi 10 gündən sonra, noyabrın 18-də Xəlifəli kənd qəbiristanlığında dəfn edilib.

Şəhidliyindən sonra 3 medalla – “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”“Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Ağacan subay olub.

O, atasını bir neçə il öncə itirib.

Ağacanın əmisi Rəsul Əli oğlu Rəsulov da Şəhiddir.

O, Birinci Qarabağ Savaşında, 19 yaşında, 1993-cü ilin dekabr ayının 13-də Füzuli uğrunda döyüşlərdə Şəhid olub.

O da subay olub.

12:00

***

Səhid ailələri, Qazilər və YAP-çılar ilk öncə Xəlifəli kənd qəbiristanlığını, Şəhidin və Xəlifəlinin digər iki İkinci Vətən Müharibəsi Şəhidlərinin məzarlarını ziyarət ediblər.

Şəhidin və Şəhidlərin məzarları üzərinə gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar.

Sonra Şəhid Ağacan Rəsulovun evini, ailəsini, anası Pakizə xanımı və bacısını ziyarət ediblər.

Şəhidin ailəsinə başsağlığı verib, onlara səbr diləyiblər.

Şəhid anasının dediklərindən:

“Oğlumun müharibədən, Şuşadan qaytımasına hazırlaşırdım, onu qarşılamaq üçün hətta hazırlıq da görümüşdüm…Elə bilirdim ki, oğlum sağ-salamat qayıdır…Sən demə oğlum Şəhid olubmuş…Onun özünü yox, nəşini, tabutunu qarşıladım (Gözləri dolur)…Bir ana üçün bunları demək çox çətindir…O, mənim tək oğlum idi…Onu digər övladımdan, qızımdan çox istəyirdim…İndi deyirəm ki, bəlkə günah etmişəm, gərək onu o qədər çox istəməyəydim…”.

Məqamı cənnətlik olsun, Nur içində yatsın!

Allah ailəsinə səbr versin!

13:00

***

FOTOLAR:

ŞƏHİD ANALARI… QƏHRƏMAN ANALAR, İGİDLƏRİMİZ… QAZİLƏRİMİZ…

ŞƏHİDİMİZ… VƏ MƏZARININ ZİYARƏTİ…

ŞƏHİDİMİZİN EV-MUZEYİ…CANLI MUZEY… DİL AÇIB DANIŞAN FOTOLAR…

ŞƏHİDİMİZİN ANASI…QƏHRƏMAN ANA…PAKİZƏ ANA…

***

15:05

***

TALEH, HACIBABA, ŞƏHRİYAR, FƏQAN, TƏLƏT, FƏRİD VƏ GƏLƏCƏYİN ƏSGƏRİ AYXAN…

16:20

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Hava şəraiti kəskin dəyişəcək, qar yağacaq-XƏBƏRDARLIQ

Read Next

Erməni silahlı dəstələri bölmələrimizin mövqelərini atəşə tutub-MÜDAFİƏ NAZİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir