Oğrular tutulub

Oğurluq etməkdə təqsirləndirilən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, oğurluq etdiklərinə görə fevralın 1-də tutulan Laçın Əzimovun və Orxan Paşayevin ətraflarında Goranboy Rayon Polis Şöbəsi və Oğuz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların ötən ilin dekabr ayı ərzində Goranboy rayon sakini Məzahir Əliyevlə birgə rayon ərazisində 3 həyətyanı sahədən ümumilikdə 5 baş inək oğurlamaları da müəyyən edilib.

Bundan başqa yanvarın 31-də narkotik vasitə ilə tutulan Mənsur Məhərrəmovun ətrafında Ağdaş Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 22-də həmyerlisi Vüsal Allahverdiyevlə birgə rayon ərazisindəki evlərdən birindən 600 manat pul oğurlamaları da müəyyən edilib.

Eyni zamanda Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 1-nə keçən gecə rayon ərazisindəki evlərdən birinin həyətindən 150 kiloqram qarğıdalı və 40 kiloqram fındıq oğurlamaqda şübhəli bilinən Birinci Biləcik kənd sakinləri Babək Qəhrəmanov, Famil Qəhrəmanov və Natiq İsmayılov tutulublar.

Etikxeber.az

Read Previous

Ərdoğan martın ayının birinci yarısında Rusiyaya səfər edəcək

Read Next

Zeynəb Xanlarovanın oğlu Ramiz Həsənova müavin təyin olundu – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir