Oğurluqda şübhəli bilinən şəxslər tutuldu

Azərbaycanda oğurluqda şübhəli bilinən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ə.Naxçıvani küçəsindəki evlərdən birinin girişindəki su sayğacını oğurlamağa cəhd göstərrməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Nəsirov tutulub.

Ətrafında aparılan tədbirlərlə onun rayon ərazisindəki 3 evin liftlərinin əyləc dolaqlarını, habelə 8 mənzilin su sayğaclarını oğurlaması da müəyyən edilib.

Bundan başqa Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 3-də paytaxt sakini olan bir qadının içərisində 120 manat pul və qızıl boyunbağı olan çantasını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Qurami Ağayev tutulub.

Eyni zamanda Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 2-də Bakı şəhər sakini Zamiq Nuriyevin 88 manat pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuşlar – Xəqani Həşimov və qardaşı Elçin tutulublar.

Etikxeber.az

Read Previous

Terraktda ölən və yaralanan azərbaycanlılar Rusiya vətəndaşıdır- RƏSMİ AÇIQLAMA

Read Next

Səfir Serbiyanın ali ordenini Prezidentə təqdim etdi- FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir