Oğurluqda şübhəli bilinən şəxslər tutuldu

Azərbaycanda oğurluqda şübhəli bilinən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 8-də Bakı şəhər sakini Sevinc Cabbarovanın mobil telefonunu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Rüfət Bxşəliyev tutulub.

Eyni zamanda oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Hacı Mehdiyevin ətrafında Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun fevralın 7-13-də rayon ərazisində 1 avtomobildən və 1 nəfərin çantasından ümumilikdə 480 manat pul, mobil telefon və sənəd oğurlaması da müəyyən edilib.

Etikxeber.az

Read Previous

Əliyev Fransada kibertəhlükəsizlik sahəsində əməkdaşlıqla bağlı müzakirələr apardı – FOTOLAR – YENİLƏNİB

Read Next

“Mehman Hüseynovla görüşdüm, əhvalı yaxşıdır” – VƏKİL

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir