Oğurluqda şübhəli bilinən şəxslər tutulub

Azərbaycanda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də rayon Telekommunikasiya Qovşağına məxsus 2 ədəd rabitə dirəyini və 118 metr rabitə kabelini kəsərək oğurlamaqda şübhəli bilinən Tövlə kənd sakini Ərzuman Kərimov saxlanılıb.

Bundan başqa Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 8-də rayon sakini Qabil Ağayevə məxsus qarajdan 5500 manat dəyərində elektrik avadanlıqları, təmir-tikinti alətləri və elektrik naqili oğurlamaqda şübhəli bilinən şəhər sakini Nadir Məmmədov tutulub.

Eyni zamanda Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərdən birindən 7.000 manat dəyərində qızıl əşyalar və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Amil Əhmədov tutulub.

Etikxeber.az

Read Previous

“Bu, Azərbaycan dövlətçiliyində tarixi və inqilabi əhəmiyyətli bir sərəncamdır…” – İBRAHİMOV

Read Next

V Qlobal Bakı Forumunda Monteneqro Prezidenti də iştirak edəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir