Oğuzlu Antiterror Şəhidi Röyal Beydiyevin bacısının-TOYU OLDU – FOTO-VİDEO

Daha bir Şəhid ailəsində gözəl, şad gün yaşanıb.

Etikxeber.az xəbər verir ki, Oğuz rayonunun Qarabulaq kəndindən olan Antiterror Şəhidi, tək və subay oğul Röyal Beydiyevin bacısı Xatun Nəsib qızı Beydiyeva ailə həyat qurub.

Kərəm adlı oğlanla ailə həyatı quran, nikaha girən Şəhid bacısının qız toyu avqustun 6-da, oğlan toyu isə dünən-15 avqust 2026-cı il tarixində baş tutub.

Bəylə gəlin toy mərasimindən öncə Şəhid Röyal Beydiyevin məzarını ziyarət edib, məzarı üzərinə gül dəstələri düzüb, ruhuna dualar ediblər.

Sonra isə şadlıq saraylarından birində toy mərasimi olub.

Qeyd edək ki, Röyal Beydiyev ailənin üç övladından biri, iki bacının tək qardaşı olub.

Allah Şəhidimizin ruhunu şad, ailə həyatı quran bacısını-yeni cütlüyü isə xoşbəxt etsin!

***

FOTOLAR:

https://www.facebook.com/61558720065552/videos/pcb.122242238840290668/1593990582399982

Etikxeber.az

Read Previous

Goranboylu itkin Şəhid qardaşı və Şəhid əmisi Rusiyada avtoqəza nəticəsində-HƏYATINI İTİRDİ… – FOTOLAR

Read Next

Ailənin tək və subay oğlu, iki bacının tək qardaşı idi…2020-ci ilin payızında Şəhid oldu, ancaq Şəhidlik Haqqı 2025-ci ilin yazında tanındı-SABAH CƏNNƏTDƏKİ ALTINCI DOĞUM GÜNÜ, 32 YAŞI TAMAM OLAN DAŞKƏSƏNLİ RÖYAL VERDİYEV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir