“OHAL” daha 3 aylığına uzadıldı…

TBMM ölkə ərazisində fövqəladə vəziyyətin daha 3 ay müddətinə uzadılması barədə qərar qəbul edib.

Etikxeber.az-ın məlumatına görə,  öncə fövqəladə vəziyyətin müddətinin daha 3 ay uzadılması ilə bağlı ölkənin baş naziri Binəli Yıldırm, sonra isə cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan çıxış etmişdi.

Qeyd edək ki, bu artıq dördüncü dəfədir ki, Türkiyədə fövqəladə vəziyyətin müddəti uzadılır. Türkiyədə fövqəladə vəziyyət ötən ilin iyul ayında hərbi çevrilişə cəhddən sonra tətbiq edilib.

Həmin vaxtdan sonra ölkə parlamenti tərəfindən fövqəladə vəziyyət 3 dəfə 3 ay müddətinə uzadılıb.

Onu da qeyd edək ki, qərarın lehinə AKP-lillər və MHP-lilər, əleyhinə isə CXP-lilərlə HDP-lilər səs veriblər.

Etikxeber.az

Read Previous

Dalkılıç “bu, şərəfsizlikdir”-deyib, məhkəmə baş vuracağını bildirdi…

Read Next

25 MHP-çi Baxçalıdan üz döndərdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir