Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor Jalə Əliyeva öhdəsində azyaşlı bir və bir neçə uşağı olan, üstəlik də işləyən analara, qadınlara müəyyən güzəştlərin edilməsinin tərəfdarıdır.
Bu haqda Etikxeber.az-a açıqlamasında millət vəkili özü bildirib.
O, bir daha bu məsələnin həllində yardımçı olmaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargaha çağırış edib.
Qeyd edək ki, millət vəkili bu yöndə fikirləri və təklifini MM-in dünənki-növbəti plenar iclasında da səsləndirib.
Həmin fikirləri və təklifi olduğu kimi (o cümlədən, videoyazını) təqdim edirik:
“…Karantin dövründə məktəbəqədər təhsil müəssisələri bağlandı. Bu gün də həmin vəziyyət davam edir və hələlik nə zaman açılacaqları bəlli deyil. Artıq bütün ölkə üzrə iş yerlərinin fəaliyyəti bərpa edilib. Valideynlər işə çıxırlar. Burada söhbət analardan gedir. Öhdəsində azyaşlı bir və bir neçə uşağı olan ana, məktəb yaşlıları qoyaq bir tərəfə, necə etsin? Bu uşaqları hara qoysun? Bəzi müəssisə və idarə rəhbərləri onlara öz hesablarına məzuniyyət təklif edirlər. Nazirlər Kabineti yanında Operativ Qərargah bu təbəqəyə güzəştlər ediləcəyini açıqlamışdı. Biz Qərargahdan məsələni nəzarətdə saxlamalarını və bununla bağlı rəsmi qərar verilməsini xahiş edirik”.
Etikxeber.az