Oktyabr ayında dünyaya gələn, 28 yaşının tamamından iki gün sonra-17 oktyabr 2020-ci il tarixində də Şəhadətə qovuşan Şəhidimiz-BEYLƏQANLI ƏFSANƏVİ XÜSUSİ TƏYİNATLI SƏDDAM HƏSƏNOV… – FOTOLAR

Səddam Aydın oğlu Həsənov…

15 oktyabr 1992-ci il təvəllüdlü…

Beyləqanlı, Yeni Milli…

Ailənin üç övladından, iki qardaşdan biri…

Həm də subay…

Peşəkar hərbçi, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) Giziri…

İkinci Vətən Müharibəsi Şəhidi…

Bir neçə medallı və “Azərbaycan Bayrağı” ordenli…

***

22 dekabr 2024-cü il tarixində, axşam saatlarında Şəhidimizin Beyləqan rayonunun Yeni Mil qəsəbəsində yaşayan valideynlərini-anası Naibə xanımı və atası Aydın Sarıyevi, eləcə də ocağını ziyarət etdik…

Ziyarətdə mənimlə birlikdə Ağsulu Qədir müəllim və Göyçaylı-tələbə Zinhar bəy də iştirak edirdi…

Və qeyd edim ki, ilk dəfəydi Şəhidimizin ocağında olurdum…

Şəhidimizin anası Naibə xanımı çoxdan tanısam da, hətta bir neçə dəfə Şəhidimizin ocağını ziyarət edəcəyimi söz versəm də, onlarda olmamışdım…

Və bu, mənim Şəhidimizin ailəsini, ocağını ilk ziyarətimiydi…

Ziyarət zamanı Şəhidimizin valideynlərinə Allahdan səbr və dözüm arzuladıq…

“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedik…

Ruhu qarşısında ehtiramla baş əydiyimizi bildirdik…

Sonra Şəhidimizin valideynləri ilə söhbətləşdik, dərdləşdik..

Qeyd edim ki, Xüsusi Təyinatlı Qüvvələrin Giziri Səddam Həsənov 2020-ci ilin oktyabr ayının 17-də, müharibənin 21-cü günündə Hadrut istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi də elə həmin gün Yeni Mil qəsəbə qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Oktyabr ayında dünyaya gələn, 28 yaşının tamamından cəmi iki gün sonra-elə oktyabr ayında da Şəhadətə qovuşub Əfsanəvi Xüsusi Təyinatlımız, adı dillər əzbəri olan Şəhidimiz…

Məzarında rahat uyusun!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Cənnətdəki ilk doğum günü olan-İMRAN RAHİM OĞLU ƏMRAHOV… – FOTOLAR YENİLƏNİB – (2)

Read Next

“Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri var…”-AZƏRBAYCAN PREZİDENTİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir