Oktyabr ayında dünyaya gələn və oktyabrda da-ŞƏHİD OLAN İLQAR VƏLİYEVİN TORPAĞA TAPŞIRILMASINDAN BİR İL KEÇDİ…

Bu gün, 22 oktyabr tarixi İkinci Vətən Müharibəsi Şəhidi İlqar Cahid oğlu Vəliyevin torpağa tapşırıldığı günüdür.

Onun torpağa tapşırılmasından, Əbədiyyətə uğurlanmasından bir il keçir.

Bu gün İlqar Vəliyevin Anım Günüdür.

Etikxeber.az xəbər verir ki, 1973-cü ilin 12 oktyabr tarixində dünyaya gələn və əslən Qərbi Azərbaycanlı olan İlqar Vəliyev İkinci Vətən Müharibəsinə könüllü şəkildə- ehtiyatda olan Baş leytenant kimi qatılıb və 2020-ci ilin oktyabr ayının 20-də qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb.

Füzuli istiqamətində Şəhid olan İlqar Vəliyevin nəşi ancaq iki gün sonra, 2020-ci ilin oktyanrın 22-də Bakı şəhərində, İkinci Şəhidlər Xiyabanında dəfn olunub.

Ölümündən sonra medallarla təltif olunub.

İki oğlu, iki övladı Vətənə əmanət qalıb.

Anım Günü ilə bağlı bu gün Şəhidin anım mərasimi keçirilib.

Anım mərasimində Şəhidin ruhuna dualar oxunub.

Mərasimdə Şəhidin ailə üzvləri, yaxınları, digər Şəhid ailələri və başqa şəxslər iştirak ediblər.

Nur içində yatsın, məkanı cənnətlik olsun!

Etikxeber.az

Read Previous

Daha 2112 yeni yoluxma-DAHA 18 ÖLÜM…

Read Next

Ali təhsilli, subay, 4 medallı-ŞƏHİD AQİL MİRZƏLİYEVİN ANIM GÜNÜDÜR – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir