Oktyabrda ağır yaralanan və oktyabrda ikinci övladı dünyaya gələn İgidimiz, Qazimiz-KAMRAN QƏHRƏMANOV! – FOTOLAR

Kamran Natiq oğlu Qəhrəmanov…

1994-cü il, 1 yanvar təvəllüdlü…

Ailəli, iki övlad atası…

Texnikum-kollec təhsilli…Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin məzunu…

2014-cü ildən taleyini, həyatını yenidən (həqiqi hərbi xidmətdən sonra) hərblə, orduyla bağlayan Vətən, Torpaq sevdalısı, MAXE-tank tuşlayıcısı…

Qəhrəman Goranboyumun, Qəhrəman Qızılhacılımın daha bir İkinci Vətən Müharibəsi iştirakçısı…

Daha bir İgidimiz, daha bir Qəhrəmanımız, daha bir Qazimiz…

Kamran evin tək oğlu, daha doğrusu, bir bacı, bir qardaş olmalarına baxmayaraq, İkinci Vətən Müharibəsi başlayandan həm MAXE, həm də qəlbi Vətən eşqi ilə döyünən bir Vətən oğlu kimi cəbhənin ən ağır, ən qaynar nöqtələrində, istiqamətlərində – Tərtər-Ağdərə istiqamətlərində olub…

Döyüş yolu Talışdan, İncə çaydan, Çaylıdan, “Tülkü dərəsi” deyilən yerlərdən…keçib…

Döyüşüb, vuruşub və oktyabrın 9-da “Tülkü dərəsi” deyilən yerdə, ağır döyüşlərdən birində çox ağır yaralanıb…

Kürəyindən, ağ çiyərindən…

Ağır əməliyyatdan keçib…Hələ də ağ ciyərində, boğazında qəlpələr qalır, üstəlik də kontuziya-travma…

Kamran yaralanandan sonra Tərtərə, daha sonra Ağdama (Sarıcalı hospitalına) və Bərdəyə gətirilib, xəstəxanaya yerləşdirilib…

Oktyabrın 28-də Bərdə şəhərinin mərkəzi erməni barbarları və vandalları tərəfindən bombardan edilən, insanlıq dramı yaşadılan gün Kamran yatan, müalicə alan xəstəxananın yanında da çox qorxulu, təhlükəli anlar yaşanıb…Kamran necə deyərlər, növbəti dəfə ölümdən dönüb…

Bundan sonra Kamran Şəmkir hospitalına göndərlib və orada bir neçə gün müalicə aldıqdan sonra evə-məzuniyyətə buraxılıb… Həmçinin, bir neçə gün Bakı şəhərindəki məşhur “Papanin” hospitalında olub, müayinədən keçirilib…

Kamran məzuniyyəti başa çatdıqdan sonra – hələ də qəlpə yarası aldığı yerlər tam sağalmasa da, səhhətində hələ də problemlər qalmaqda davam etsə də – yenidən orduya dönüb və MAXE kimi fəaliyyətini davam etdirməkdədir…

Kamranın səhhətində problemlər, xüsusilə, başağrıları, sızıltılar…indi də davam etməkdədir…Yenidən müayinə və müayinəyə ehtiyacı var…

Qeyd etdiyim kimi, Kamran ailəlidir, 2016-cı ildə ailə qurub, iki gözəl övlad – bir oğlan-bir qız atasıdır…

Qızı da müharibəyə getdikdən, yaralandıqdan bir neçə gün sonra dünyaya gəlib…

Həyat yoldaşı da ali təhsilli, tarix müəllimidir…

Ali məktəbi qurtarandan-2015-ci ildən də bu yana işsizdir…

Amma işləmək, anası kimi, müqəddəs müəllimlik sənəti, peşəsi ilə məşğul olmaq istəyir…

Və inanmaq istəyirik ki, onun bu istəyi də anlayışla qarşılanacaq, arzusu da baş tutacaq və nəhayət, 6 ildən sonra öz sənətinin, öz peşəsinin də icrasına başlayacaq…

İgidimiz, Qəhrəmanımız Kamran həm də dövlətimiz, Ali Baş Komandan tərəfindən təltifləndirilib…

“Cəsur döyüşçü” medalına layiq görülüb…

Haqqıdır, bundan da artığını Haqq edir…

Çünki bugünkü təhlükəsizliyimizə, əmin-amanlığımıza, ən əsası müqəddəs Qələbəmizə, möhtəşəm Zəfərimizə görə, Kamran və onun kimi İgid, Qəhrəman Vətən oğullarına borcluyuq, onlara minnətdarıq…

Onlardır Vətəni öz qanlarıyla, öz canlarıyla, öz fədakarlıqları ilə Vətən edən…

Odur ki, onlara da gərəkən, Haqq etdikləri diqqəti, minnətdarlığı göstərməli və bildirməliyik.

Borcumuz, vəzifəmizdir.

Var olsun-Kamran kimi Vətən oğlulları, Vətən sevdalıları!

Allah qorusun-hamısını!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

20.02.2021

Etikxeber.az

Read Previous

“Şəhidlərimizin qanı yerdə qalmayıb, Azərbaycan tarixi zəfər qazanıb…”-QƏNİRƏ PAŞAYEVA ŞƏHİD XANIMINI QƏBUL ETDİ VƏ…-FOTO

Read Next

Şəhidimizin ilk nuru-İLKNUR… – JALƏ ƏLİYEVADAN İKİ STATUS

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir