Oktyabrın 31-də Anım Günü olacaq evin-ailənin tək oğlu-Şəhid Cəfər Elyasovun – HƏRBİ BİLETİ NİYƏ AİLƏSİNƏ TƏHVİL VERİLMİR, QAZİ ATASININ PENSİYASI NİYƏ TAM ÖDƏNİLMİR?

İkinci Vətən Müharibəsi zamanı canını Vətən, Qarabağ yolunda fəda edən İgidlərimizdən, Qəhrəmanlarımızdan və Şəhidlərimizdən biri də Cəfər Yavər oğlu Elyasovdur…

Cəmi 20 yaşında Şəhidlik məqamına ucalan Mingəçevirli Cəfər Yavər oğlu Elyasov…

Cəfər 2000-ci ilin sentyabr ayının 30-da Mingəçevirdə sadə bir ailədə anadan olub…

Ailədə də iki övlad, bir bacı, bir qardaş olublar…

Atası Yavər kişi də müharibə iştirakçısı olub, Birinci Qarabağ Savaşının Qazisi, 3-cü qrup müharibə əlilidir…

Cəfər orta məktəbi bitirdikdən bir müddət sonra hərbi xidmətə yollanıb, İkinci Vətən Müharibəsi başlayan zaman Əsgərlik müddətini bitirmiş olsa da, xidmət müddəti uzadılıb və digər Vətən sevdalıları kimi müharibədə, döyüşlərdə iştirak edib…

20 yaşını da elə müharibədə qeyd etməli olub…

Döyüş yolu isə 13 gün çəkib…

Füzuli, Cəbrayıl, Xocavənd istiqamətlərində vuruşub…

Və oktyabrın 9-da Füzuli istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

Ancaq nəşini 21 gündən sonra götrümək mümkün olub və oktyabrın 31-də Mingəçevir şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb…

Ölümündən sonra 3 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub…

***

Ancaq çox təəssüflər olsun ki, ötən bir il ərzində Şəhidin hərbi bileti hələ də ailəsinə təhvil verilməyib…

Ailəsi, anası Buluş xanım Şəhidin Bakı şəhərində xidmət etdiyi N saylı hərbi hissə ilə əlaqə saxladıqda, oradan onlara hərbi biletin itdiyi (?) bildirilib…

Cəfər İlyasovun ailəsi, anası Buluş xanım isə bunu Şəhidin ruhuna və Şəhid ailəsinə hörmətsizlıik kimi qiymətləndirir…

Buluş xanım qeyd edir ki, övladı hərbi biletini özü ilə döyüşə aparmayıb ki, itmiş də olsun…

“Axı, necə ola bilər ki, oğlumun hərbi bileti hərbi hissədə it-bata düşsün?! Bu, mümkün olan məsələ deyil…Bu, hörmətsizlikdir, bu, məsuliyyətsizlikdir…Şəhidə beləmi ehtiram göstərilir, Şəhid ailəsinə beləmi hörmət qoyulur? Bilmirəm tək oğlumun, övladımın acısını yaşayım, dərdini çəkim, yoxsa, bu hörmətsizliyi, bu məsuliyyətsizliyi sinəmə çəkim?! Dərd bir deyil, iki deyil… Çox xahiş edirəm ki, artıq bu hörmətsizliyə son qoyulsun, övladımın hərbi bileti bizə təhvil verilsin”-deyə, Şəhid anası sözlərinə əlavə edir…

Ailə başqa bir haqsızlıqla da üzləşməli olub…

Belə ki, Şəhidin Qazi atasının əlillik pensiyası tam ödənilməyib…

Daha doğrusu, 4 ay 20 günün pulu heç bir əsas olmadan verilməyib…

Şəhid ailəsi, Şəhid anası bu haqszlığın və bu ədalətsizliyin də aradan qaldırılmasını istəyir və tələb edir…

Şəhid anasını dinlədikcə həyacanlanmamaq, heyrətlənməmək və qəzəblənməmək mümkün olmur…

Yenə də məmur bürokratiyası, yenə də məmur məsuliyyətsizliyi, yenə də məmur özbaşınalığı…

Düzəlmirlər ki, düzəlmirlər…

Ancaq Şəhid ailəsi belə münasibəti Haqq etmir, özü də heç Haqq etmir…

Odur ki, müvafiq, aidiyyatı qurumlar məsuliyyətsizliyə son qoymalı, Şəhidin hərbi biletini ailəsinə təhvil verməli, eyni zamanda, Şəhid atasının pensiyasını olduğu kimi-yəni, 4 ay 20 günün pulunu ödəməlidirlər…

Artıq söz, vəd, bəhanə məqamı da deyil, real, konkret addımlar məqamıdır!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

21.10.2021, Mingəçevir Şəhidlər Xiyabanı

Etikxeber.az

Read Previous

“Alı mənə ömründə yalan danışmazdı, amma bir ay ərzində mənə yalan danışdı, məndən harada və nə vəziyyətdə olduğunu gizlətdi…”-25 yaşında Şəhid olan evin tək oğlu, ali təhsilli, iki medallı-ALI HƏSƏNLİNİN ANASI RAMİLƏ XANIM – FOTOLAR – YENİLƏNİB – (4)

Read Next

Mingəçevirli Şəhid-3 övlad atası, MAXE – SƏBUHİ MƏMMƏDOVUN DOĞUM GÜNÜDÜR – 39 YAŞININ TAMAMINDA MƏZARI ZİYARƏT OLUNDU, MƏRASİM KEÇİRİLDİ…- FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir