“Olduqca müsbət tendensiyadır, təqdirəlayiq və alqışlanası haldır”- MM-KOMİTƏ SƏDRİNİN MÜAVİNİ ƏFV SƏRƏNCAMINI ALQIŞLADI

Ölkə prezidenti cənab İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması” haqda sərəncamı cəmiyyətdə xoş və pozitiv bir reaksiya ilə qarşılanıb. Dövlət başçısı humanizm prinsiplərindən çıxış edərək məlum addımı atıb və həmin sərəncam 65-dən yuxarı yaşı olan insanlara şamil edilib. Olduqca müsbət tendensiyadır, təqdirəlayiq və alqışlanası haldır. Əsas mahiyyət və məğz də budur ki, hər kəs İlham Əliyevin diqqətindədir.

Etikxeber.az xəbər verir ki, bunu parlamentin komitə sədrinin müavini Elşən Musayev dilə gətirib.

Onun sözlərinə görə, bir tək azadlıqda olanlar deyil, həm də məhbəs həyatı yaşayanlar.Öz azadlığlna qoşulan insanlar arasında çoxlarının tanıdıqları da var.

“Bəlkə onlar heç özləri belə ehtimal etmirdilər ki, törətdikləri əməllərdən sonra bağışlana bilərlər. Amma bağışlandılar. Çünüki dövlətin yürütdüyü siyasətdə xoş məram, humanizm, güzəşt daha ön plandadır.Məhkum ailələri sevinsin. Biz təqdir edək. Avropa Şurasının məruzəçiləri isə baş verənləri izləsinlər, prosesi görsünlər və utansınlar. Bir müddət öncə söylədiklərinə görə. Anlasınlar ki, Azərbaycan hakimiyyəti həbs etməyə, kimisə həbsdə saxlamağa deyil, hətta ağıla belə gəlməyən insanları əfv etməyə, bağışlamağa, onları öz humanizm qanadının altına almağa daha çox meyllidir.Şəxsən öz adımdan cənab Prezidentə bu humanist addımına görə təşəkkür edirəm.Hər kəs azadlıqda, öz ailəsinin, doğmalarının yanında olsun. Hər kəs sağlam olsun. Hər kəs xoşbəxt olsun”-deyə, o, əlavə edib.

Etikxeber.az


Read Previous

“Hədəfimiz 200 ünvandır. Bacaracağıq!”-ELNUR ALLAHVERDİYEV-FOTO

Read Next

“Dövlətə, onun gücünə, görülən işlərə biz vətəndaşlar da fərdi məsuliyyətimizlə dəstək verməliyik”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir