Olimpiya Festivalı – RUSİYA BİRİNCİ, AZƏRBAYCAN İKİNCİ YERDƏDİR – NƏTİCƏLƏR

Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalının beşinci günü başa çatıb.

Etikxeber.az xəbər verir ki, iyulun 25 dəst medal sahibini tapıb.

Azərbaycan yığması bir medal qazanıb.

Bu, 73 kq çəkidə mübarizə aparan cüdoçu Vüqar Talıbovun hesabındadır. O, yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib. Beləliklə, Bakı-2019-da ilk dəfə yığmamız günü qızıl medalsız bitirib.

 Yarışın arxada qalan beş günündən sonra millimizin medal sayı 20-yə çatıb. Bunlardan 9-u qızıl, 6-sı gümüş, 5-i bürüncdür. Azərbaycan bu göstərici ilə yenə 2-ci sırada qərarlaşıb. Rusiya millisi birinci, Türkiyə üçüncü pillədə yer alıb.

Ümumilikdə isə 5 gün ərzində 82 dəst medal sahibini tapıb. Bu mükafatları 35 ölkə təmsilçisi qazanıblar. Onlardan 22-dən olan idmançılar çempionluq sevinci yaşayıblar.

yer ölkələr qızıl gümüş bürünc Cəmi
1 Rusiya 18 10 14 42
2 Azərbaycan 9 6 5 20
3 Türkiyə 8 5 5 18
4 Böyük Britaniya 6 8 2 16
5 İtaliya 6 7 4 17
6 Polşa 4 1 5 10
7 Almaniya 3 4 12 19
8 Rumıniya 3 4 1 8
9 Ukrayna 3 3 6 12
10 Xorvatiya 3 1 0 4
11 Belarus 3 0 6 9
12 İspaniya 2 3 5 10
13 Finlandiya 2 2 1 5
14 Hollandiya 2 0 3 5
15 Esoniya 2 0 2 4
16 İrlandiya 2 0 1 3
17 Norveç 1 5 2 8
18 Gürcüstan 1 4 4 9
19 Fransa 1 3 8 12
20 Bolqarıstan 1 1 0 2
21 İsveç 1 0 1 2
22 Avstriya 1 0 0 1
23 Macarıstan 0 6 9 15
24 Belçika 0 4 2 6
25 Moldova 0 1 3 4
26 Danimarka 0 1 2 3
27 Portuqaliya 0 1 0 1
27 İsveçrə 0 1 0 1
27 Çexiya 0 1 0 1
30 Yunanıstan 0 0 3 3
31 Serbiya 0 0 2 2
32 Slovakiya 0 0 1 1
32 İsrail 0 0 1 1
32 Latviya 0 0 1 1
32 Kipr 0 0 1 1
  Cəmi 82 82 112 276

Etikxeber.az

Read Previous

Avroliqa – “NEFTÇİ” : “ARSENAL” – 1:0 YENİLƏNİB – (6)

Read Next

VİZADA NÖVBƏDƏ İRANDIR? – Politoloqun baxışı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir