Olimpiya Festivalı – RUSİYA YENƏ LİDER, AZƏRBAYCAN YENƏ İKİNCİDİR

XV Avropa Gənclər Yay Olimpiya Festivalının altıncı gününə yekun vurulub.

Etikxeber.az xəbər verir ki, gün ərzində 30 dəst medal sahibini tapıb.

Azərbaycan millisi günü üç medalla tamamlayıb.

İdmançılarımız hər əyarlı medaldan bir dənə qazanıblar.

Bunlardan ikisi cüdoçuların hesabındadır.

Hüseyn Məmmədov (+90 kq) qızıl, Məhəmməd İmamverdiyev (81 kq) gümüş mükafat əldə edib. Digər mükafat idman gimnastı Səməd Məmmədlinin hesabındadır. O, dəstəli atdakı hərəkətinə görə gümüş medala yiyələnib.

Bununla da millimizin medal sayı 23-ə çatıb. Bunlardan 10-u qızıl, 7-si gümüş, 6-sı bürüncdür. Azərbaycan bu göstərici ilə 2-ci sıradakı yerini qoruyub. Komandamız eyni sayda qızılı olan Türkiyəni gümüş medalların sayında qabaqlayır. Rusiya millisi isə böyük fərqlə liderdir.

Ümumilikdə isə 6 gün ərzində 37 ölkədən olan idmançılar 112 dəst medala sahib çıxıb. Bu ölkələrdən 26-nın himni səsləndirilib.
yer ölkələr qızıl gümüş bürünc Cəmi
1 Rusiya 25 14 19 58
2 Azərbaycan 10 7 6 23
3 Türkiyə 10 5 9 24
4 Böyük Britaniya 8 12 2 22
5 İtaliya 7 9 6 22
6 Ukrayna 6 6 10 22
7 Polşa 5 2 6 13
8 Belarus 5 1 6 12
9 Rumıniya 4 5 3 12
10 Fransa 3 7 12 22
11 Almaniya 3 5 13 21
12 İspaniya 3 4 7 14
13 Xorvatiya 3 1 0 4
14 Estoniya 3 0 2 5
14 İsveç 3 0 2 5
16 Finlandiya 2 3 1 6
17 Hollandiya 2 2 4 8
18 İrlandiya 2 0 2 4
19 Gürcüstan 1 5 7 13
20 Norveç 1 5 2 8
21 Çexiya 1 1 2 4
21 Danimarka 1 1 2 4
23 Bolqarıstan 1 1 0 2
24 İsrail 1 0 1 2
25 Kosovo 1 0 0 1
25 Avstriya 1 0 0 1
27 Macarıstan 0 8 9 17
28 Belçika 0 4 2 6
29 Moldova 0 1 4 5
30 Serbiya 0 1 2 3
31 İsveçrə 0 1 0 1
31 Portuqaliya 0 1 0 1
33 Yunanıstan 0 0 3 3
34 Kipr 0 0 1 1
34 Sloveniya 0 0 1 1
34 Slovakiya 0 0 1 1
34 Latviya 0 0 1 1
  Cəmi 112 112 148 372

Etikxeber.az

 

Read Previous

“Əgər öz mədəniyyətimizə sahib çıxmasaq…” – ƏRDOĞANIN OĞLU – FOTO

Read Next

“90 gün vizasız qala biləcəklər…” – MİLLƏT VƏKİLİ – MÖVQE

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir