Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Bu gün respublikanın bölgələrindəki Olimpiya mərkəzlərindən lazımi səviyyədə istifadə olunmur”.
Etikxeber.az xəbər verir ki, bu fikri millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında səsləndirib. Onun sözlərinə görə, bölgələrdə olan Olmipiya idman komplekslərinin əksəriyyəti rayon mərkəzindən uzaqda yerləşir və gediş-gəliş çətin olduğundan idmanla maraqlananlar ora gedə bilmirlər. “Çünki rayonlarda avtobus marşrutu olmadığından həmənin Olimpiya mərkəzlərindən istifadə olunmur. Odur ki, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi bu məsələni diqqətdə saxlamalıdır və ciddi nəzartə olunmalıdır”- deyə, millət vəkili bildirib.
Deputat Aqil Abbas isə Olimpiya mərkəzlərinin Gənclər və İdman Nazirliyinin , yaxud da, Olimpiya Komitəsinin tabeçiliyinə verilməsini təklif edib. O, bildirib ki, rayonlardakı Olimpiya mərkəzləri ayrı- ayrı şəxslər tərəfindən tikildiyindən ondan istifadəyə də düzgün yanaşma yoxdur. “Yaxşı halda bu Olimpiya mərkəzlərindən otel kimi istifadə edilir. Onların stadionları isə bərbad vəziyyətdədir. Ona görə də bu idman obyektləri Gənclər və İdman Nazirıiyinin tabeçiliyinə verilməlidir”– deyə, millət vəkili bildirib.
Etikxeber.az