Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İyulun 11-də Bakı vaxtı ilə saat 22:00-da futbol üzrə UEFA Çempionlar Liqasının birinci seçmə mərhələsinin ilk oyunları çərçivəsində Ağdamın “Qarabağ” klubu Sloveniyanın “Olimpiya” komandası ilə qarşılaşır.
Etikxeber.az xəbər verir ki, “Stojice” stadionunda keçiriləcək oyun üçün komandaların start heyəti açıqlanıb.

“Qarabağ”ın start heyətində Vaqner, Qara Qarayev, Maksim Medvedev, Miçel, Mahir Mədətov, Abdulla Zubir, Filip Ozobiç, Yakup Jezniçak, Bədavi Hüseynov, Vild-Donald Qerye və Coşğun Diniyev yer alıblar.
“Olimpiya”nın ilk onbirliyində isə meydana Alyaj İvaçiç, Maki Banyak, Marko Qaiç, Rok Kronaveter, Abas İssa, Aris Zarifoviç, Dino Ştiqlets, Marko Putinçanin, Ştefan Saviç, Tomislav Tomiç və Daniel Avramovski çıxıblar.
***
“Olimpiya”-“Qarabağ” oyununun ilk hissəsində hesab açılmayıb.
Ağdam təmsilçisi bir neçə dəfə rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaratsa da, futbolçularımız fərqlənə bilməyiblər.
Hazırda görüşün ikinci hissəsi oynanılır.
***
Ağdamın “Qarabağ” komandası UEFA Çempionlar Liqası yarışlarına qələbə ilə başlayıb. Matçda Vild-Donald Qeryenin vurduğu qolla Ağdam təmsilçisi meydandan qələbə ilə ayrılıb – 1:0.
Komandalar arasında cavab oyunu iyulun 18-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. “Qarabağ” mərhələ adlayacağı təqdirdə ikinci seçmə mərhələsində “Kukesi” (Albaniya)-“Valetta” (Malta) cütünün qalibi ilə qarşılaşacaq.
Etikxeber.az





