“Ölkə əhalisinin 80 faizi internet istifadəçisidir…” – NAZİR MÜAVİNİ

Hazırda ölkəmizdə rəqəmli informasiya sürətlə gedir. Fiber-optik LTE şəbəkəsi genişlənir. 5G-yə keçid üzrə hazırlıq işləri aparılır, sınaq keçirilir.

Etikxeber.az xəbər verir ki, bu sözləri ikinci Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində martın 2-də Bakıda keçirilən “Kibertəhlükəsizlik konfransı”nda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Nazir müavini, həmçinin qeyd edib ki, ölkə əhalisinin 80 faizi internet istifadəçisidir. Bütün bunlar ölkəmizin kiber məkanının təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasını şərtləndirir.

Etikxeber.az

Read Previous

Dövlət büdcəsindən dərman alınması üçün 10 milyon manat ayrıldı-ƏLİ ƏSƏDOVDAN SƏRƏNCAM

Read Next

“Kreml sahibi artıq anlayır ki, Ankara ilə zarafat etmək, Türkiyəyə yuxarıdan aşağı baxmaq Rusiyanın problemlərini artıra bilər” – POLİTOLOQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir