Ölkə ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb

Fevralın 7-də respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb.

Etikxeber.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Xaçmaz rayonunda vətəndaşa məxsus restoranın ərazisində gücü 55 kvt olan transformatorun yağ çəni, çıxış və giriş elektrik kabelləri 1 p.m. yanıb. Transformatorun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Eyni zamanda, Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 m2 olan birmərtəbəli 3 otaqlı evin dəhlizinin tavanı 2 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Etikxeber.az

Read Previous

Növbəti intihar xəbəri Tovuzdan gəldi… İntiharların sonu olacaqmı?

Read Next

Deputatdan partiya sədrinə etiraz: “Məntiqsiz və absurddur”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir