Ölkə ərazisində bütün yollar avtomobillərin hərəkəti üçün açıqdır- Baş Dövlət Yol Polisi İdarəsi

Ölkə ərazisində qarlı-şaxtalı hava şəraiti hökm sürsə də, respublikanın bütün avtomobil yolları nəqliyyat vasitələrinin hərəkəti üçün açıqdır.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnikKamran Əliyev  Etikxeber.az-a bildirib ki, hazırda Bakı-Sumqayıt-Quba-Rusiya sərhədi yolunun Qəndob kəndi yaxınlığında, Ceyranbatan ərazisindəki gölün yaxınlığındakı hissə buzlayıb. Bakı-Şamaxı yolunun da bəzi hissələrində buzlaşma müşahidə edilir. Digər yollar isə açıqdır, hələlik buzlaşma qeydə alınmayıb.

K.Əliyev deyib ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolundakı Ağsu dolaylarına da qar yağıb, amma hələlik həmin yolda buzlaşma qeydə alınmayıb. Ümumilikdə bütün yollar avtomobillərin hərəkəti üçün açıqdır. Nəqliyyatın hərəkəti var. Sadəcə bəzi yollarda buzlaşma var. Bakı-Sumqayıt üzrə hərəkət edən sürücülər Ceyranbatan qəsəbəsi ərazisindəki gölün yaxınlığında ehtiyatlı olmalıdırlar. Çünki həmin ərazidə buzlaşma var. Sürücülər əsasən, yollardakı körpülərin üstündə ehtiyatlı olmalı, əyləcdən istifadə etməməlidirlər. Çünki yollar açıq olsa da, körpülərin üstündə buzlaşma olur. Bəzi sürücülər yüksək sürətlə hərəkət edərək körpülərin üstündə buzlaşmada əyləcdən istifadə edirlər. Bu da avtomobilin idarəetmədən çıxması ilə nəticələnir.

 Etikxeber.az

Read Previous

Qubanın dağ kəndlərində temperatur mənfi 17 dərəcəyə çatdı

Read Next

Deputatdan yas və toy mərasimləri ilə bağlı ÇAĞIRIŞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir