Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Azərbaycanın həm ictimai-siyasi, həm də dövlət həyatında xüsusi xidmətləri, zəhmətləri olan ölkənin Birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın doğum günüdür.
Mehriban xanım istər yaradıcısı və qurucusu olduğu Heydər Əliyev Fondunun rəhbəri kimi, istərsə də, 2017-ci ilin fevralından dövlət həyatında iştirakı-Birinci vitse-prezident kimi fəaliyyətə başlaması ilə üzərinə, öhdəsinə düşən, çiyinləri üzərinə götürdüyü bütün məsələlərin həllində böyük uğurlara imza atmağa müvəffəq ola bilmişdir.
Mehriban xanımın rəhbərliyi sayəsində 16 ildən bu yana uğurla fəaliyyət göstərən və bir an olsun belə gərgin fəaliyyətindən qalmayan Heydər Əliyev Fondu, onun həyata keçirdiyi, reallaşdırdığı saysız-hesabsız işlər, layihələr nəinki ölkəmizin hüdudları ilə məhdudlaşmış, əksinə, Azərbaycan sərhədlərini aşaraq, bütün dünyanı əhatə etmişdir.
Heç təsadüfi deyil ki, bu gün Mehriban xanım dünyanın rəhm, mərhəmət, şəfqət, rəhbəri olduğu Heydər Əliyev Fondu isə xeyirxahlıq ünvanına çevrilmişdir.
Dünyada rəhmə, mərhəmətə, şəfqətə, insani nəvazişə, qayğıya ehtiyacı olan kim varsa, Mehriban xanım, Heydər Əliyev Fondu oradadır, öz yardım, öz kömək əlini uzatmaqdadır.
Məhz bu fəaliiyətin nəticəsidir ki, Mehriban xanım bir çox ölkənin, o cümlədən, qardaş və dost Pakistanın ən ali ordeni, mükafatı ilə təltif edilmişdir və qeyd edim ki, bu, dünyada nadir rast gəlinən hallardandır.
Mehriban xanım 3 il öncə ölkə Prezidentinin yüksək etimadı nəticəsində Azərbaycanın ilk Birinci vitse-prezidenti təyin ediləndən sonra həyata keçirdiyi işlərin əhatə dairəsini daha da genişləndirmiş, zənginləşdirmiş, dünyanın bir çox nüfuzlu və qabaqcıl ölkələri ilə münasibətlərin hərtərəfli şəkildə gücləndirilməsində, əməkdaşlıq əlaqələrinin ən üst səviyyələrə qaldırılmasında özü sözünü demişdir.
O, istər dünya nəhəhglərindən olan böyük qonşumuz Rusiya ilə, istər 20-ci əsrin sonları və 21-ci əsrin əvvəllərinin iqtisadi möcüzələrindən sayılan Çin Xalq Respublikası ilə, istərsə də, digər güclü, inkişaf etmiş ölkələrlə Azərbaycan arasında münasibətlərin daha düzgün və daha sağlam məcraya yönəldilməsində bir dövlət, bir siyasət adamı kimi öz yüksək rolunu oynamaqdadır.
Ötən ilin bu günlərində Mehriban xanımın Rusiya Federasiyasının prezidenti cənab Vladimir Putin tərəfindən bu ölkənin ən ali ordeni-“Dostluq” ordeni ilə təltif olunması, Birinci vitse-prezidentin Rusiyada yüksək səviyyədə qarşılanması, ona ordenin yüksək səviyyədə təqdim edilməsi məhz onun ölkələrimiz, xalqlarımız, dövlətlərimiz arasında münasibətlərin inkişafına, sülhün, təhlükəsizliyin təmin edilməsinə verdiyi töhfənin nəticəsi, bariz nümunəsi kimi qiymətləndirilməlidir.
Ümumiyyətlə, ölkə həyatında elə bir məsələ, sahə yoxdur ki, Mehriban xanımın diqqətindən kənarda qalmış olsun.
O, həm də mədəniyyətimizin himayədarıdır, Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında böyük xidmətlərə malikdir.
Beynəlxalq Muğam, Musiqi müsabiqələrinin keçirilməsi, Azərbaycan musiqisinin, Azərbaycan muğamının dünyaya olduğu kimi, çatdırılması məhz Mehriban xanımın mədəniyyətə böyük diqqət və önəm yetirməsinin nəticəsidir.
Mehriban xanım həm də Azərbaycan dövlətçiliyinin qurulmasında və möhkəmləndirilməsində birmənalı xidmətləri olmuş, olan hakim Yeni Azərbaycan Partiyasının üzvü, partiyamızın Sədr müavinidir.
Mehriban xanım həm partiya üzvü, həm də son 7 illik Sədr müavini kimi fəalliyyətində daim Yeni Azərbaycan Partiyasının nüfuzunu artırılmasına, onun daha güclü təşkilat kimi özünü göstərməsində böyük addımlar atmışdır.
Partiyamıza cəmiyyətdə olan böyük sevginin bir səbəbi də məhz Mehriban xanımın fəaliyyəti, xidmətləri ilə bağlıdır. Odur ki, növbəti doğum günü münasibəti ilə Mehriban xanımı təbrik edir, ona növbəti uğurlar, müvəffəqiyyətlər, nailiyyətlər arzulayıram.
Doğum gününüz mübarək olsun, Mehriban xanım!
Eldar İBRAHİMOV,
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin (MM) İntizam komissiyasının sədri
Etikxeber.az