Ölkə üzrə 36 368,9 litr qan tədarük olunub – RƏSMİ

Ötən il Mərkəzi Qan Bankı üzrə donor sayı 44 393 nəfər, ümumiyyətlə ölkə üzrə 11 ay ərzində donor sayı 76 692 nəfər təşkil edib.

Etikxeber.az xəbər verir ki, bu rəqəmlər yanvarın 11-də B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda keçirilən mətbuat konfransında acıqlanıb. İnstitutun direktoru Zöhrə Əlimirzəyeva bildirib ki, ötən il ölkə üzrə 36 368,9 litr tədarük olunub. Aşura günü 4 141 nəfər könüllü qanvermə aksiyalarında iştirak edib, tədarük edilən qanın miqdarı 1863,8 litr təşkil edib.

Tədbirdə qeyd olunub ki, ölkənin hematologiya və transfuziologiya sahəsi üzrə baş müəssisə olan İnstitut 1943-cü ildən fəaliyyət göstərir. Hazırda İnstitut 3 hissədən ibarətdir: Klinika, Mərkəzi Qan Bankı və elm bölməsi. Klinikanın tərkibinə böyüklər üçün 2 hematoloji şöbə, uşaq hematologiyası şöbəsi, reanimasiya və intensiv terapiya şöbəsi, klinik-diaqnostik laboratoriya və talassemiyanın profilaktika şöbəsi daxildir.

Etikxeber.az

Read Previous

“Qaçqın statusu almaq istəyən 95 əcnəbi Miqrasiya Xidmətinə müraciət edib” – Nəbiyev

Read Next

Paytaxtın Cəfər Xəndan və Nəcəf Nərimanov küçələrinin təmir işləri yekunlaşdırıldı- FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir