Ölkə üzrə məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlandı – 76 min

2017-ci tədris ili üçün ölkə üzrə məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlanıb.

Etikxeber.az-ın xəbərinə görə, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov mətbuata açıqlamasında bildirib ki, məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı 76 min nəfərdən artıqdır.

O, qeyd edib ki, sayın artımı gözlənilir, çünki qəbul hələ davam edir.

Qeyd edək ki, yeni tədris ilindən ölkənin bütün rayon və şəhərlərinin ümumi təhsil məktəblərində 5 yaşlı uşaqların dövlət hesabına məktəbəhazırlıq təhsilinə başlanılıb.

Etikxeber.az

Read Previous

İcbari təhsildən yayınan uşaqlar var- TƏHSİL NAZİRLİYİ

Read Next

Bu il 2 min 365 nəfər müəllim adını qazınıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir