Ölkədə iş təklifi üzrə müddət 11 gündən 5 günə endirilir – YENI QANUNA ƏSASƏN

Aprelin 17-də Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin iclası keçirilir.

HADIIII

Etikxeber.az-ın xəbərinə görə, iclası açan sözügedən komitənin sədri, professor Hadi Rəcəbli iclasın gündəliyinə iki məsələnin- “Məşğulluq haqqında” yeni qanun layihəsinin və “Sosial sığorta haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin  salındığını bildirib.

O, qeyd edib ki, son illərin ən baslıca prioritet məsələlərindən biri məşğulluq məsələsidir.

Onun sözlərinə görə, məşğulluq məsələsi təmin edilən yerdə digər problemlər də öz həllini qismən tapa bilir:

“Qeyd edim ki, bizdə məşğulluqla bağlı qanun vardı. Amma həmin sənədin dövrün reallıqlarına və tələblərinə uyğun olaraq dəyişdirilməsi ehtiyacı yaranmışdı. Odur ki, məşğulluqla bağlı yeni qanun layihəsinin hazırlanması məqsədəuyğun sayıldı və özünüz də görəcəksiniz ki, könhə qanunla yeni qanun arasında fərq 50 faizdən çoxdur”.

Qanun layihəsi ilə bağlı mövqeyini açıqlayan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev isə yeni sənəddə yeni yanaşmanın ortaya qoyulduğunu bildirib.

Nazir müavini deyib ki, qanun layihəsi 5 fəsildən və 34 maddədən ibarətdir.

İ. Əsgərovun dediyinə görə, yeni sənəddə işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınması qaydası tamamilə yenidən müəyyən edilib:

“Ümumiyyətlə, qeydiyyata alınma prosedurunun elektron qeydiyyat üzərində həyata keçirilməsi nəzərdə tutulur.İlk dəfə olaraq işaxtaran və işsiz şəxslərə əvvəlcə vakansiya bankından münasib işin onlar tərəfindən seçilməsi hüququ verilir. Onlar bu hüquqdan istifadə etmədikdə isə sistem tərəfindən bu edilir. Münasib iş təklifi üzrə müddət isə 11 gündən 5 günə endirilir”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“11 aprel seçkiləri Azərbaycan xalqının qələbəsidir” – HADİ RƏCƏBLİ – YENİLƏNİB

Read Next

“Yüksələn Azərbaycan, müasirləşən Azərbaycan İlham Əliyevin şah əsəridir” – AKADEMİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir