Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Azərbaycanın rayon və şəhərlərində Ordumuza dəstək yürüşləri keçirilib.
Etikxeber.az məlumat verir ki, iyulun 13-dən 14-ə keçən gecə düşmən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.
Bu cəhdin qarşısını alarkən Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və daha bir neçə hərbçimiz şəhid olub.
Azərbaycan Ordusu düşməni geri otuzdurub.
Şəhidlərimizlə bu gün keçirilmiş vida mərasimində minlərlə şəxs iştirak edib, həmçinin, Bakı və Sumqayıtda da orduya dəstək yürüşləri keçirilib.
Hazırda Bakıda dəstək yürüşü davam edir.
“Neftçilər” prospekti boyunca yüzlərlə insan hərbçilərimizə dəstək şüarları ilə Azadlıq meydanından Şəhidlər Xiyabanı istiqamətinə hərəkət edirlər.
Yürüşdə iştirak edən Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə Musavat.com-a bildirib ki, bu, xalqın içindən gələn vətən sevgisindən doğan bir yürüşdür.
P. Hüseyn deyib ki, bu yürüşdə təşkilatçı yoxdur:
“Heç biz də təşkilatçı deyilik və yürüşə vətəndaş kimi qatılmışıq. Yürüşə qatılan insanlarda heç bir aqressiya yoxdur. Şüarlar Azərbaycan ordusuna dəstək ifadə edir. “İrəli, Azərbaycan əsgəri”, “Şəhidlər ölməz, vətən bölünməz”, “Ali baş komandan, bizə silah ver” kimi şüalar səsləndirilir”.
***
Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
“Ermənistanın silahlı qüvvələrinin cari il iyul ayının 12-dən başlayan təxribatı nəticəsində dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən döyüşlərdə Azərbaycanın qəhrəmancasına həlak olmuş hərbi qulluqçularının ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı verir, şəhidlərimizin ruhuna göstərdikləri böyük ehtirama görə xalqımıza minnətdarlığımızı bildiririk.
Eyni zamanda, vətəndaşlarımızı bütün dünyada qlobal problemə çevrilmiş daha bir düşmənin – koronavirus pandemiyasının doğurduğu ciddi təhlükəni bir an belə unutmamağa, yoluxma riskini dəfələrlə artıran toplaşmalardan çəkinməyə, özünütəcrid qaydalarına riayət etməyə çağırırıq.
İnanırıq ki, bu müraciəti anlayışla qarşılayaraq xüsusi karantin rejiminin tələblərinə əməl edəcək, özünüzün və yaxınlarınızın sağlamlığının qayğısına qalacaqsınız”.
***
Hazırda minlərlə insan Şəhidlər Xiyabanının ətrafına toplaşıb, Orduya dəstək ifadə edən şüarlar səsləndirirlər.
00:15
***
Şəhidlər Xiyabanına və Milli Məclisin binasının qarşısına toplaşan insanların sayı getdikcə artmaqdadır.
00:27
***
Minlərlə insanın iştirak etdiyi aksiya davam edir.
***
00:57
***
Aksiya hələ də davam edir, Orduya, Qarabağa dəstəklə bağlı müxtəlif şüarlar səsləndirilir.
***
02:10
***
Dəstək aksiyası hələ də davam edir.
https://www.facebook.com/watch/live/?v=205542264143463&ref=external
Etikxeber.az