Ölkədə tibb müəssisələri 5 ildən bir akkreditasiyadan keçəcək

Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna yeni 7-1-ci maddənin (Tibb müəssisələrinin akkreditasiyası) əlavə olunması müzakirə edilərək, qəbul olunub.

Etikxeber.az-ın xəbərinə görə, belə ki, qanuna edilən yeni maddəyə əsasən, tibb müəssisələrinin akkreditasiyası əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin, tibb müəssisələrinin fəaliyyətinin normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi və əhalinin yüksəkkeyfiyyətli tibbi xidmət göstərən tibb müəssisəsi tərəfindən müayinə və müalicə olunması üçün hüququnun təmin edilməsi məqsədilə aparılıb.

Tibb müəssisələrinin akkreditasiyası qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiqləyir.

Tibb müəssisələrinin akkreditasiyasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etidiyi orqan (qurum) həyata keçirir. Tibb müəssisələrinin akkreditasiyasına görə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.

Tibb müəssisələrinin akkreditasiyası hər 5 ildən bir həyata keçirilir. Akkreditasiyadan keçən tibb müəssisələrinə akkreditasiya haqqında şəhadətnamə verilir.

Qanun layihəsinə dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Dövlət büdcəsinin icrası tək müzakirə olunacaq – SABAH

Read Next

Daha bir hərbçimiz Şəhid oldu, XİN BƏYANAT VERDİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir