“Ölkələrimiz arasındakı dostluq və qardaşlıq Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin edilməsində mühüm amildir…”-AZƏRBAYCAN PREZİDENTİ – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Etikxeber.az xəbər verir ki, dövlət başçısı TBMM sədrinin İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasında iştirakının önəminə toxundu.

Gələcəkdə ölkəmizdə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində digər tədbirlərin də keçiriləcəyini deyən Prezident İlham Əliyev İslam ölkələri arasında əlaqələri daha da genişləndirməyin əhəmiyyətini vurğuladı.

Qəbula və İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının yüksək səviyyədə təşkilinə görə minnətdarlıq edən Numan Kurtulmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Prezident Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.

Qonaq Bakıda keçirilən tədbirin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində tərəfdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayaraq, dövlətimizin başçısının tədbir iştirakçılarına ünvanlandığı müraciətin zəngin məzmunlu olduğunu dedi.

Söhbət zamanı Şuşa Bəyannaməsinin əhəmiyyətinə toxunularaq, ölkələrimiz arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası sahədə uğurlu inkişafı qeyd edildi, dünyada Azərbaycan-Türkiyə birliyinin və qardaşlığının nümunəsinin olmadığı bildirildi və bu, birgə sərvətimiz kimi qiymətləndirildi.

Ölkələrimiz arasında dostluğun və qardaşlığın Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin edilməsində mühüm amil olduğu vurğulandı.

Görüşdə qanunverici orqanlarımız arasında mövcud əməkdaşlıq və onun daha da genişləndirilməsinin perspektivləri müzakirə olundu.

Etikxeber.az

Read Previous

Dənizdə batan gənclər Biləsuvarlı İkinci Vətən Müharibəsi Şəhidi Saleh Məcidzadənin-ƏMİSİ, XALASI VƏ DAYISI OĞLANLARIDIR… – FOTOLAR

Read Next

“33 il əvvəl-bu gün həyatımın ən gözəl günü ildi…Cəmilim dünyaya göz açmışdı…Amma son 6 ildir bu gün-24 iyun həyatımın ən kədərli, ən ağrılı günüdür…”-Şəhid anası – “Qarabağ” ordenli İkinci Vətən Müharibəsi Şəhidi Cəmil Nəcəfovun Cənnətdəki altıncı doğum günündə, 33 yaşının tamamında-MƏZARI ZİYARƏT EDİLDİ, MƏCLİS DÜZƏNLƏNDİ…- FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir