Ölkəmizə narkotik keçirən əcnəbilər-SAXLANILDI – FOTOLAR

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının sayıqlığı nəticəsində narkotik vasitələrə bənzər maddələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Etikxeber.az DSX-nin saytına istinadən xəbər verir ki, 3 aprel tarixində, saat 22:45 radələrində “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun Aranlı kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə hərəkət edən 2 naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucuları ərazidən qaçmağa çalışarkən saxlanılIB.

Saxlanılan şəxslərin İran vətəndaşı 1972-ci il təvəllüdlü Həmid Dərgahi Heydər oğlu və Azərbaycan vətəndaşı Xızı rayon sakini 1984-cü il təvəllüdlü Həsrətquliyev Elxan Eldar oğlu olması müəyyənləşdirilmiş, əllərindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 2 kiloqram 765 qram narkotik vasitəyə – 865 qram heroinə və 1900 qram marixuanaya bənzər maddələr aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Etikxeber.az

Read Previous

Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda məktəblər bağlandı-YENİDƏN DİSTANT TƏHSİLƏ KEÇİLDİ…

Read Next

“Çatışmazlıqlar çoxdur və…”-İlham Əliyev Zaur Mikayılovu Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri təyin və VİDEOFORMATDA QƏBUL ETDİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir