Ölkəmizdə koronavirusdan ölənlərin sayı 11-ə çatdı, DAHA 67 YOLUXMA QEYDƏ ALINDI…

Azərbaycan Respublikasında 67 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib, 41 nəfər müalicə nəticəsində sağalaraq evə buraxılıb.

Bu haqda Etikxeber.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunub ki, 1935-ci il təvəllüdlü vətəndaşın anamnezində ürək ritminin pozulması, ürəyin işemik xəstəliyi, postinfarkt kardioskleroz olduğu göstərilmiş, ondan koronavirus (COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxmışdır. Bütün zəruri tibbi tədbirlərin həyata keçirilməsinə baxmayaraq pasiyent vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 1058 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 200 nəfəri müalicə olunaraq sağalmış, 11 nəfər vəfat etmiş, 847 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 27 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ölkəmizdə müxtəlif karantin zonalarına yerləşdirilən 2840 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Etikxeber.az

Read Previous

“Bu nəcib əməlinizlə bir insan həyatının xilaskarı olursunuz, bu, ən yüksək qiymətə layiqdir”-MEHRİBAN ƏLİYEVA

Read Next

“Xalqımıza xas olan humanizm, yardımlaşma ənənələrinə sadiq qalaraq…”-MİLLƏT VƏKİLİ KİMLƏRƏ TƏŞƏKKÜR ETDİ, KİMLƏR ONU DUYĞULANDIRDI?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir