“Ölkəmizin Ermənistan-Azərbaycan Dağlıq münaqişəsinin həlli ilə bağlı mövqeyi bəllidir və dəyişilməzdir”-XİN-DƏN ERMƏNİ NAZİRƏ CAVAB

Xarici İşlər Nazirliyi (XİN) Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı parlament komissiyasında səsləndirdiyi fikirlərinə münasibət bildirib.

Etikxeber.az-ın xəbərinə görə, XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib ki, ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi bəllidir və dəyişilməzdir.

“Münaqişə BMT Nizamnaməsinin, Helsinki Yekun Aktının prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq həll edilməli, Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxmalı və bu torpaqlardan didərgin salınmış məcburi köçkünlər öz evlərinə geri qayıtmalıdırlar. Bu məsələdə hər hansı bir əlavə şərhə yer yoxdur”– deyə, XİN rəsmisi vurğulayıb.

Etikxeber.az

Read Previous

Heydər Əliyev Fondunun ərzaq yardımını qohumlarına paylayan icra nümayəndələri barədə-CİNAYƏT İŞİ BAŞLANDI…

Read Next

“Tofiq Yaqublu hətta, ev dustaqlığına buraxılmayaraq həbsdə qaldı…”-MÜSAVATDAN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir