“Ölkənin böyüklüyü-kiçikliyi onun liderindən asılıdır…”-MM-İN KOMİTƏ SƏDRİ

Dünən Qoşulmama Hərəkatının videokonfrans şəklində Zirvə görüşünü keçirmək təşəbbüsü ilə çıxış edən Azərbaycan yenə də dünyanı təəccübləndirdi. Ölkə başçısı təmas qrupunun yaradılması ideyasını irəli sürdü.

Etikxeber.az-ın məlumatına görə bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı millət vəkili Elman Nəsirov deyib.

O, bildirib ki, bunun nəticəsində pandemiyaya qarşı birgə mübarizə aparmaq mümkün olacaq:

“İllər keçəndən sonra pandemiya dövrünü yada salanda kimlərin özünü necə aparması məsələsi kifayət qədər aktual olacaq. Azərbaycan dövlətinin ən kritik məqamlarda özünü böyük dövlət kimi aparmağı bacarması yüksək qiymətləndiriləcək. Atılan bu addımlar çərçivəsində Azərbaycanın yeri, mövqeyi daha da möhkəmlənmiş oldu”.

Parlamentin komitə sədri Siyavuş Novruzov bildirib ki, böyük rəhbər ölkəni böyük kimi təqdim edir:

“Ölkənin böyüklüyü-kiçikliyi onun liderindən asılıdır. Ən yaxın çərçivədə olan MDB ölkələri hələ bu günə kimi yığışıb, pandemiya ilə bağlı fikir mübadiləsi aparmayıb, dünyaya dəstək verməklə bağlı bir qərar ortada yoxdur. Çünki təşkilatçı ortada yoxdur”.

Kamil HƏMZƏOGLU

Etikxeber.az

Read Previous

“Bəziləri ictimai şuraları yaratsa da, bu, formal xarakter daşıyır…”-AZAY QULİYEV NARAZILIQ ETDİ

Read Next

Sabir Rüstəmxanlı Musa Qasımlı ilə razılşmadı, etiraz etdi-MUSA QASIMLIDAN DA CAVAB ÖZÜNÜ GÖZLƏTMƏDİ…-YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir