Ölkəyə külli miqdarda at əti idxalının qarşısı alındı

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Tursan-İ” MMC-nin sifarişi əsasında Gürcüstanın “G&A Group” şirkəti tərəfindən Ukraynadan alınaraq beynəlxalq baytarlıq sertifikatı ilə Azərbaycana ixrac edilən 33991,15 kiloqram dondurulmuş mal ətinin ölkəyə idxalının qarşısını alıb.

AQTA-dan Etikxeber.az-a bildirilib ki, təhlükəsizlik göstəricilərinin yoxlanılması və ətin mənşəyinin təyin edilməsi məqsədilə mal əti adı ilə ölkəyə idxal olunan məhsuldan əvvəlcə qanunvericiliyin tələblərinə uyğun olaraq nümunələr götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Aparılan sınaq yoxlamanın nəticələrinə əsasən, təqdim edilmiş ət nümunələrinin at əti olduğu aşkar edilib. Bununla əlaqədar olaraq, agentlik tərəfindən həmin məhsulun ölkəyə idxalı dərhal dayandırılıb.

“Bu istiqamətdə baytarlıq nəzarəti tədbirləri bundan sonra da ardıcıl surətdə davam etdiriləcək, qanuna zidd fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi tədbirlər görüləcək”, – deyə Qida Təhlükəsizliyi Agentliyi bildirir.

Etikxeber.az

Read Previous

Dünyanın enerji xəritəsini birgə səylərlə dəyişdirdik – PREZİDENT – FOTO – YENİLƏNİB – (1)

Read Next

“Qarabağ” “Şerif”in qapısından 3 cavabsız top keçirdi və… – NƏTİCƏLƏR – FOTOLAR- YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir