“Ölkədə davamlı institusional islahatlar həyata keçirilir ki…” – KOMİTƏ SƏDRİ – FOTOLAR

Azərbaycan Mikromaliyyə Assosiasiyasının təşkilatçılığı ilə noyabrın 22-də Bakıda ikigünlük “Dayanıqlı inkişaf üçün potensialları reallaşdıraq” adlı IX Azərbaycan mikromaliyyə konfransı işə başlayıb.

Etikxeber.az xəbər verir ki, konfrans çərçivəsində “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” layihəsinin rəsmi təqdimatı olub.

Azərbaycan Mikromaliyyə Assosiasiyasının idarə heyətinin sədri Süleyman Kələşov qeyd edib ki, mikromaliyyələşməyə dəstək verilməsi qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın diversifikasiyasının təmin edilməsində böyük rolu olan kiçik və orta sahibkarların inkişafı üçün çox önəmlidir. Bildirib ki, regionlarda fəaliyyət göstərən kiçik və orta sahibkarlığın, mikrobiznesin, ailə təsərrüfatlarının maliyyə resurslarına tələbatın ödənilməsində bank olmayan kredit təşkilatları xüsusi yer tutur. Cari ilin sentyabrın sonuna mikromaliyyə məhsullarının həcmi 273 milyon dollar təşkil edib ki, bundan da 178,928 müştəri istifadə edir.

Milli Məclisin (MM) iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə ölkədə davamlı olaraq institusional islahatların həyata keçirildiyini, iqtisadiyyatın dayanıqlı inkişafının təmin olunmasında bu islahatların böyük rol oynadığını diqqətə çatdırıb.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev qeyd edib ki, Azərbaycanda mikromaliyyə institutu mövcuddur və inkişaf edir. Bu institutun inkişafında Azərbaycan Mikromaliyyə Assosiasiyasının rolu böyükdür. Kiçik və orta sahibkarlığın inkişafı prioritet sahələrdəndir.

Konfrans “Mikromaliyyə: böhrandan öyrənilmiş dərslər”, “Mikromaliyyə sektoru növbəti on illiyə hazırdırmı?”, “Dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi”, “Tənzimləyici orqanlar Mikromaliyyə Təşkilatlarının Fəaliyyətini necə stimullaşdıra bilər”, “Bank və qeyri-bank sektorunda məlumat bazasının idarəedilməsində müasir yanaşma” mövzusunda sessiyalarla davam edəcək.

ziyad-mikro

Etikxeber.az

Read Previous

Əliyev Türkmənistanda – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

Bakının bu ərazisində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir