“Ölkəmiz əməkdaşlıq körpülərinin salınmasına vasitəçi olub ki…” – DEPUTAT

Beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevrilən zəngin tarixə və mədəniyyətə malik Azərbaycan bir neçə gündür ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına uğurla ev sahibliyi edir. Bu dəfə ölkəmiz ümumdünya mədəni və təbii irsin qorunması sahəsində ən yaxşı təcrübələri bir araya gətirməklə dünya ictimaiyyətinə sülh, əmin-amanlıq çağırışları səsləndirilməsinə, elm, təhsil və mədəniyyət sahələrində yeni əməkdaşlıq körpülərinin salınmasına vasitəçi olub.

Etikxeber.az xəbər verir ki, bu fikirləri deputat Pərvin Kərimzadə deyib.

“Qarşılıqlı inam və etimada söykənən Azərbaycan – UNESKO əməkdaşlığı nəticəsində ölkəmiz həmçinin milli mənəvi dəyərlərinin, tarixi-mədəni mirasının qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə də dəstək verir”-deyən P.Kərimzadə bildirib ki, tarixi – mədəni abidələri Dünya İrs Siyahısına salınması üçün təkliflərin dəyərləndirilməsində, müzakirələrin aparılmasında 2500-dən çox nümayəndənin iştirakı ilə keçən Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iştirakçı ölkələrə həm də bir-birinin tarixi, mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradıb.

Onun sözlərinə görə, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edən mötəbər qonaqlar da sessiyanın tribunasından Azərbaycanın beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi üçün böyük təcrübəyə malik olduğunu səsləndirib, multikultural sahədə təcrübəsinin digər dövlətlərə nümunə olduğunu qeyd ediblər. Bütün bunlar sülhün, dayanıqlı inkişafın, qlobal və regional sabitliyin ölkəmizin əsasi hədəflərindən olduğunu bir daha təsdiqləyir. Azərbaycan dövləti milli mədəniyyətimizin, tarixi irsimizin nadir incilərini qoruyub saxlayaraq dünyada tanıdılması və təbliği istiqamətində ardıcıl və sistemli siyasət aparıb. Bu siyasətin nəticəsi olaraq Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı UNESKO-nun Ümumdünya İrs Siyahısına salındı. Təsadüfi deyil ki, tarixən beynəlxalq karvan-ticarət yolları üzərində yerləşən Azərbaycan, xüsusən də onun unikal təbii gözəlliklərə və tarixi-mədəni xüsusiyyətlərə makil, qədim ipəkçilik mərkəzi olan Şəki şəhəri mədəni müxtəlifliyin yaradılmasında və qorunub saxlanmasında bəşəri sivilizasiyanın inkişafına öz töhfəsini verib.

roval-2

parvin karim

“UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının növbəti iclasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” nin Ümumdünya İrs Siyahısına daxil edilməsi minillərlə bu coğrafiyada yaşayan, etnik milli xüsusiyyətlər çərçivəsində özlərinin yaradıcılıq və sənətkarlıq qabiliyyətlərini yaradan və inkişaf etdirən, dünyanın həm mənəvi, həm də maddi irsinə bənzərsiz nailiyyətlər bəxş etmiş bu diyarın sakinlərinə və onların bu bacarıqlarına verilmiş ali qiymətdir. Müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz UNESKO ilə sıx əməkdaşlıq münasibətləri qurub, milli mənəvi dəyərlərinin, tarixi-mədəni irsinin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə də dəstək verib. 2013-cü ildə UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi edən Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən bir UNESKO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.  

Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən, Azərbaycan bu mötəbər qurumun növbəti sessiyasına ev sahibliyi etmək hüququ əldə edib. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin UNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun Xoşməramlı Səfiri Mehriban Əliyeva sessiyanın açılışında çıxış edərək, ölkəmizlə bu təşkilat arasında ötən 27 ildə bir sıra sahələrdə uğurlu əlaqələrin qurulduğunu, ümumdünya və milli irsin qorunmasının Azərbaycanda dövlət siyasətinin mərkəzində dayandığını xüsusilə qeyd edib”-deyən millət vəkili söyləyib ki, Azərbaycan-UNESKO münasibətlərinin inkişaf etdirilməsi sahəsində UNESKO-nun xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir: “Mehriban Əliyevanın uğurlu fəaliyyəti nəticəsində İçəri Şəhər, Qız Qalası, Şirvanşahlar Saray Kompleksi, Qobustan Qaya Sənəti Mədəni Landşaftı, milli-mənəvi dəyərlərimizdən olan muğam sənəti, novruz ənələrimiz, aşıq, misgərlik kəlağayı və xalça sənəti YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil olunub. Bir çox tədbirlər UNESKO çərçivəsində qeyd edilib. Bütün bunlar Azərbaycan – UNESKO əlaqələrinin yüksələn bir xətlə inkişafda olduğunu göstərir”.

“Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində, Heydər Əliyev Fondu və UNESKO arasında əməkdaşlıq çərçivəsində imzalanmış sazişlər də yüksək səviyyədə həyata keçirilir.UNESKO-nun sabiq baş direktoru İrina Bokovanın Mehriban xanım Əliyeva haqqında söylədiyi “Siz UNESKO-nun humanist dəyərlərinin əsl bayraqdarısınız” sözləri isə UNESKO-nun Xoşməramlı Səfirinin bəşəriyyətin maddi və qeyri-maddi mədəni irsinin işinə sədaqətinə, mədəniyyətlərarası dialoqun inkişafı naminə göstərdiyi səylərə, mədəni müxtəlifliyin möhkəmləndirilməsinə sanballı töhfələrinə verilən qiymətdir. Bu il ölkəmizdə keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası xalqımızın zəngin mədəni irsinin qorunmasına, ölkəmizdə mədəni və turizm imkanlarının təşviq olunmasına öz töhvəsini verdi”-deyə, P.Kərimzadə sonda  qeyd edib.

Etikxeber.az

Read Previous

“Özüm olmaq istəyirəm…” – JOAU FELİKS

Read Next

Masallıda dəhşətli qəza: 8 NƏFƏR ÖLDÜ – FHN MƏLUMAT YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir