“Ölkəmizi sevməyənlərin gözləri dünyaya saçdığımız parlaq işıqda kor olacaq” – MİLLƏT VƏKİLİ

Milli Məclisin (MM)  Regional məsələlər komitəsinin iclasında müzakirə olunan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanuna təklif olunan dəyişikliklərlə bağlı mən də çıxış etdim. Qanun layihəsində nəzərdə tutulan dəyişikliklər inzibati nəzarət məxanizmini daha konkretləşdirir. Düşünürəm ki, bu dəyişikliklər bələdiyyələrin fəaliyyətlərində onların öz işlərinə daha məsuliyyətli yanaşmasına xidmət edəcək, gətirib çıxaracaq.

Bunu Etixeber.az-a açıqlamasında adıçəkilən komitənin üzvü Azər Badamov deyib.

Millət vəkili deyib ki, o, həm də yollarda baş verən avtobus qəzaları ilə bağlı fikirlərini səsləndirib:

“Qeyd etdim ki, avtomobil yollarımız müasirləşərək, dünya ölkələri arasında 37-ci yerdədir. Şəhərlərarası yollar çox rahatlaşıb. Bu, həm də yollarda hərəkət edən sərnişin daşıyan avtonəqliyyat vasitələrinə qarşı yeni tələblərin ortaya çıxmasına səbəb olur.

15 il əvvəl əgər şəhərlərarası yollarda orta sürət 60-70kmsaat idisə, indi 110 km saatdır. Bu da avtonəqliyyat vasitələrinin daha da texniki sazlığını tələb edir. Xüsusilə, sərnişin daşınması ilə məşğul olan fiziki şəxslər tərəfindən idarə olunan mikroavtoboslara nəzarət güclənməlidir.

Yəni, sərnişin daşıyan nəqliyyat vasitələri gündəlik texniki baxışdan keçməli, həm də sürücülərin marşuruta -reysə çıxmazdan əvvəl sağlamlıq durumunu tibbi müayinə olunmalıdır.

Çünki xüsusilə, mikroavtobusları idarə edən fiziki şəxslər bu tələblərə bir çox hallarda riayət etmir və nəticədə də avtoqəzaların sayı daha da artır.

azer badam-1

Həmçinin, iclas zamanı 29 mayda Bakıda keçiriləcək Avroliqanın final oyununun keçirilməsinə qısqanclıqla yanaşan, məntiqi əsası olmayan bəyanatları yayan və ölkəmizdə əldə olunmuş siyasi-iqtisadi uğurlara ləkə gətirmək istəyən dairələri pislədim.

Ulu Öndər Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaq” ifadəsini xatırlayaraq, qeyd etdim ki, ölkəmizi sevməyən dairələrin gözləri Azərbaycanın dünyaya saçdığı parlaq işıqda kor olacaq.

Azərbaycan Avroliqanın final oyununu yüksək səviyyədə təşkil edəcək və bundan sonra da böyük beynəlxalq tədbirlərə ev sahibliyi edəcək”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Vitse-spiker Avroliqanın final qarşılaşmasından danışdı

Read Next

Hidayət Heydərov finalda

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir