Ölkənin müdafiə xərcləri də artırılır – 5 FAİZ

2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş müdafiə xərclərinin 150 milyon manat və yaxud 4,9% artırılaraq 3 037,618 milyon manatdan 3 187,618 milyon manata çatdırılması nəzərdə tutulur.

Etikxeber.az xəbər verir ki, bu məsələ “2019-cu il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qeyd edək ki, qanun layihəsi prezidentin imzası ilə  parlamentə və onun bir neçə komitəsinə müzakirəyə göndərilib.

Qanun layihəsi parlamentin 28 iyun tarixli plenar iclasında müzakirə olunacaq.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Əməkdaşlığın belə vacib sahələri həmişə diqqət mərkəzində olacaq – MƏMMƏDYAROV

Read Next

“Təhlükəsizliyə töhfə vermək lazımdır…” – NAZİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir