Ölüm xəbəri yayılan Xalq artisti: “AYIB OLSUN”

Səhər saatlarından Xalq artisti, cazmen Cavan Zeynallının ölüm xəbəri yayılıb.

Bu barədə sosial şəbəkələrdə paylaşımlar edilib. 

Etikxeber.az-ın xəbərinə görə, C. Zeynallı “Qafqazinfo”ya açıqlamasında yayılan xəbərlərin dezinformasiya olduğunu bildirib:

“Mən bilmirəm o xəbərləri kim yayır. Onlar ölümümü istəyən adamlardı. Bundan sensassiya yaratmaq istəyirlər. Ayıb olsun. Bayaqdan zənglərin ardı-arası kəsilmir. Bir dəfə də belə bir hal yaşanmışdı. Şəklimi qara çərçivəyə salıb sosial şəbəkədə paylaşmışdılar. Hamı zəng edirdi ki, Cavan müəllim, hər şey yaxşıdır?”. 

Etikxeber.az

Read Previous

“Üç gündür ki, oğlum, dostları stress vəziyyətindədir…” – DEPUTAT YAZDI VƏ MEDİAYA MÜRACİƏT ETDİ

Read Next

Orta ixtisas təhsili müəssisələrinə qeydiyyatı başlayır – BU GÜNDƏN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir