Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) maaşı artırılır.
Etikxeber.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” qanunun 16-cı maddəsinə (Müvəkkilin sosial, maliyyə və digər təminatları) dəyişiklik edilir.
Dəyişikliyə görə, Müvəkkil 2230 manat məbləğində aylıq əmək haqqı alacaq.
Məsələ Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Qeyd edək ki, hazırki qanunvericilikdə müvəkkil 2025 manat məbləğində aylıq əmək haqqı alır.
Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş dəyişiklik 2018-ci il mayın 1-dən tətbiq ediləcək.
Layihə səsə qoyularaq qəbul edilib.
***
Parlamentdə büdcə müzakirələri başlandı – İKİNCİ OXUNUŞDA
MM-in noyabrın 27-də keçirilən növbəti plenar iclasında həmçinin 2019-cu ilin büdcə müzakirələri davam etdirilir.
Büdcə zərfinə daxil olan qanun layihələrinin ikinci oxunuşda müzakirəsi keçirilir.
Büdcə zərfinin ikinci oxunuşu barədə məlumat verən MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə bildirib ki, millət vəkilləri birinci oxunuşun komitə və plenar iclaslarında kifayət qədər maraqlı və səmərəli təkliflər səsləndiriblər ki, onlar barədə də iqtisadi sektora daxil olan qurumların rəhbərləri, o cümlədən, maliyyə naziri Samir Şərifov öz çıxışlarında məlumat verəcək.
Komitə sədri hesab edir ki, ümumlikdə dövlət büdcəsi 2019-cu ildə ölkə iqtisadiyyatının öz hədəflərinə doğru irəliləməsində mühüm rol oynayacaq.
Z.Səmədzadənin sözlərinə görə, həmçinin, Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər ölkə iqtisadiyyatının inkişafında öz töhfələrini verə biləcək.
Komitə sədrinin qısa çıxışından sonra ikinci oxunuşun müzakirələrinə keçilib. Müzakirələrə keçilməzdən öncə isə spiker Oqtay Əsədov birinci oxunuşda 44 millət vəkilinin çıxış etdiyini xatırladıb və qeyd edib ki, bu dəfə ötən iclasda çıxış edə bilməyən deputatlara çıxış üçün imkan yaradılacaq.
Millət vəkili Sahibə Qafarova çıxışında təmsilçisi olduğu Şəmkir rayonunun bəzi kəndlərində qazlaşdırma məsələsinə toxunub və onların qazla təchizatının vacibliyinə diqqət yönəldib.
***
Millət vəkili, bəstəkar Novruz Aslan çıxışında bildirib ki, mədəniyyət abidələrinin qorunub, saxlanılması üçün Mədəniyyət Nazirliyinə ayrılan vəsaitin həcminin artırılmasına ehtiyac var.
Digər millət vəkili Mirzəcan Xəlilov pambıqçılıqla bağlı ciddi problemlərin yaşandığını bildirib.
Qeyd edib ki, istər məhsulun əllə, istərsə də maşınla (kombayblarla) yığımında problemlər müşahidə olunur. Millət vəkili həmçinin deyib ki, kooperativlərlə bağlı qanun qəbul edilməsinə baxmayaraq, onun icrasında bir sıra çatışmazlıqlar yaşanır: “Xüsusilə, kiçik təsərrüfatların birləşdirilməsi məsələsində ciddi ləngimələr var. İri təsərrüfatların, kooperativlərin yaradılması inkişafa töhvə verən amillərdən biri ola bilər. Ona görə də kiçik təsərrüfatların birləşdirilməsi məsələsinə ehtiyac var”.
Hazırda maliyyə naziri S. Şərifovun çıxışına başlanılıb.
***
Dövlət büdcəsi daha 610 milyon manat artırıldı…
Nazir bildirib ki, millət vəkillərinin büdcəyə etdiyi təkliflər əsasında büdcəyə dəyişiklik edilib və onların ümumi maliyyə tutumu 610 milyon manat təşkil edir:
“ Bu məbləğin 200 milyon qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə, 80 milyonu regionlarda məşğulluq səviyyəsinin artırılamasına, 2, 7 milyonu Gənmclər Fonduna ayrılır.Həmçinin 2019-2020- cu illərdə dövlət sifarişi əsasında (ödənişsiz təhsil) təhsil alan ali məktəb tələbələrinin sayının artırılması və digər təhsil xərclərinə 11 milyon manat nəzərdə tutulur. Eyni zamanda AMEA-ya əlavə 800 min manat, yeni doğulmuş eşitmə və ürək qüsurlu uşaqların müalicəsinə əlavə 4 milyon manat, yeni yaradılmış təşkilatlara 5,5 milyon manat, Milli Məclisin saxlanma xərclərinə əlavə 10, 1 milyon manat, yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi və kənd təsərrüfatı xərcləri üçün əlavə 40 milyon manat ayrılacaq. Bununla yanaşı, bələdiyyələrə subvensiyalar üşün ayrılmış dotasiyaların həcmi 500 min manat azaldılacaq. Onu da qeyd edim ki, təkliflərin ümumilikdə maliyyə tutumu 7 milyarddır . Ancaq indiki dövrdə bunun dövlət büdcəsinin xərclərinə aid edilməsi qeyri- realdır. Bunlar mərhələli şəkildə həll olunacaq”.
***
DSMF-nin də büdcəsi ikinci oxunuşda qəbul edildi…
Sonra“Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019- cu il dövlət büdcəsi haqqında” qanuna ikinci oxunuşda müzakirə və edilib.
Layihə barədə MM-in Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.
Komitə sədri qeyd edib ki, sözügedən orqanının büdcəsinin xərcləri ötən illə müqayisədə daha 350 milyon manat artırılır.
Onun sözlərinə görə, bu isə qarşıya qoyulan əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az