Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Türkiyə Respublikasının ökəmizə yeni təyin edilmiş səfiri cənab Erkan Özoralı qəbul edib.
Bu haqda Etikxeber.az-a Ombudsmanın mətbuat xidmətindən məlumat verilib.
Belə ki, görüşdə səfirliyin ikinci katibi Oğuzxan Albayrak da iştirak edib.
Qonaqları salamlayan Müvəkkil Azərbaycanla Türkiyəni möhkəm, qarşılıqlı, işgüzar əməkdaşlıq əlaqələri birləşdirdiyini qeyd edib. Ermənistanın ölkəmizə qarşı illərdir davam edən hərbi təcavüzünə toxunan Müvəkkil, Azərbaycanın haqq işinin dəstəklənməsinə qardaş ölkənin göstərdiyi köməyi yüksək qiymətləndirib.
Görüşdə, həmçinin Ombudsman təsisatının çoxşaxəli fəaliyyəti haqqında məlumat verilib,Azərbaycan Ombudsmanının Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarının, Asiya Ombudsmanlar Assosiasiyasının (AOA) üzvü olduğu diqqətə çatdırılıb və qeyd olunub ki, Azərbaycan Ombudsmanı ötən ilin noyabr ayında Pakistanda keçirilən AOA-nın Direktorlar Şurasının iclasında Assosiasiyasının vitse-prezidenti seçilib.
E.Süleymanova qardaş ölkə ilə insan hüquqları sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin, bu baxımdan hər iki ölkənin Ombudsman təsisatları arasında daha sıx əməkdaşlığın qurulmasının əhəmiyyətini vurğulayıb.
Müvəkkil türkdilli dövlətlərin Ombudsmanlar Assosasiyasının yaradılması ilə bağlı təklifini səfirin də diqqətinə çatdırıb.
Erkan Özoral Ombudsmana səmimi qəbul üçün təşəkkürünü bildirib. Səfir 2005-2009-cu illərdə Türkiyə Respublikasının Azərbaycadakı səfirliyində çalışdığını, bu səbəbdən Azərbaycan Ombudsman təsisatının fəaliyyəti ilə tanış olduğunu və bu fəaliyyəti yüksək qiymətləndirdiyini qeyd edib.
Səfir Azərbaycana qarşı erməni təcavüzünə, bu təcavüz nəticəsində ölkənin 20 faiz torpaqlarının işğalı və bir milyondan çox qaçqın və məcburi köçkün soydaşımızın insan hüquqlarının kütləvi şəkildə pozulmasına artıq son qoyulmalı olduğunu ifadə edərək bu istiqamətdə ölkəsinin Azərbaycana hər zəman dəstək olacağını bildirib.
E.Özoral insan hüquqlarının təmin olunması sahəsində ölkələrimizin əməkdaşlığının daha da gücləndirilməsinə, həmçinin Azərbaycan və Türkiyə Ombudsman institutları arasında sıx əməkdaşlıq əlaqələrinin qurulmasına dəstək verəcəyini qeyd edib.
Qonaq faydalı fikir və məlumat mübadiləsinə görə E.Süleymanovaya təşəkkürünü bildirib. O, Ombudsmanın insan hüquqları sahəsində uğurlu fəaliyyət göstərdiyini vurğulayaraq, təsisatla qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu bir daha qeyd edib.
Etikxeber.az