On bankın qorunan əmanətçilərinə 285 milyon manatdan artıq kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu oktyabrın 12-də “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32 milyon 803 min manat, “Zaminbank” ASC-nin əmanətçilərinə 50 milyon 853 min manat, “Kredobank” ASC-nin əmanətçilərinə 17 milyon 977 min manat və “Dekabank” ASC-nin əmanətçilərinə 2 milyon 849 min manatdan artıq kompensasiya ödəyib.

Əmanətlərin Sığortalanması Fondundan Etikxeber.az-a bildiriblər ki, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 104 milyon 484 min manatdan artıqdır.

Eyni zamanda, “Atrabank” ASC-nin və “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə ümumilikdə 15 milyon 685 min manatdan artıq kompensasiya ödənilib ki, bunun da 13 milyon 839 min manatı “Atrabank”ın, 1 milyon 846 min manatı “Qafqaz İnkişaf Bankı”nın payına düşür.

“Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 091 min, “Gəncəbank” ASC-nin əmanətçilərinə 955 min 721 manat, “Texnikabank” ASC-nin əmanətçilərinə isə 119 milyon 977 min manatdan artıq kompensasiya ödənilib. Üç bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 145 milyon 024 min manatdan çoxdur.

Eyni zamanda, sentyabrın 12-də Əmanətlərin Sığortalanması Fondu QSC “Bank Standard” Kommersiya Bankının əmanətçilərinə kompensasiya ödənişinə başlayıb və qorunan əmanətçilərinə 20 milyon 452 min manat kompensasiya ödənilib.

Ümumilikdə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 10 bank üzrə 285 milyon 647 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.

Etikxeber.az

Read Previous

Musiqili Teatrda 5 tamaşa nümayiş olunacaq

Read Next

Ayın 17-dən “Bank Standard”dakı iri məbləğdə əmanətlər üzrə kompensasiyaların verilməsinə başlanılacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir