On minlərlə hərbi qulluqçu Zəngilanın, Cəbrayılın və Qubadlının azad olunmasına görə-MEDALLARINA LAYİQ GÖRÜLDÜ – YENİLƏNİB – (1)

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikasının Zəngilan rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 3435 hərbi qulluqçu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunub.

Təltif olunanların 1-i general-leytenant, 1-i general-mayor, 32-si polkovnikdir.

https://azertag.az/xeber/Azerbaycan_Respublikasi_Silahli_Quvvelerinin_herbi_qulluqchularinin_Zengilanin_azad_olunmasina_gore_medali_ile_teltif_edilmesi_haqqinda_Azerbaycan_Respublikasi_Prezidentinin_Serencami-1815367

***

Prezident İlham Əliyev həmçinin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 10 min 211 hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

https://azertag.az/xeber/Azerbaycan_Respublikasi_Silahli_Quvvelerinin_herbi_qulluqchularinin_Cebrayilin_azad_olunmasina_gore_medali_ile_teltif_edilmesi_haqqinda_Azerbaycan_Respublikasi_Prezidentinin_Serencami-1815381

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 5867 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

https://azertag.az/xeber/Azerbaycan_Respublikasi_Silahli_Quvvelerinin_herbi_qulluqchularinin_Qubadlinin_azad_olunmasina_gore_medali_ile_teltif_edilmesi_haqqinda_Azerbaycan_Respublikasi_Prezidentinin_Serencami-1815401

Etikxeber.az

Read Previous

11 min 831 hərbi qulluqçu “Xocavəndin azad olunmasına görə” medalı ilə-TƏLTİFLƏNDİ…

Read Next

Bu hərbi qulluqçular “Suşanın azad olunmasına görə” medalı-TƏLTİF OLUNDULAR – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir