“ONA MƏN QƏRAR VERMİRƏM…” – Nazir – Foto

Ticarət mərkəzinin çöl hissəsi alkoponla üzlənib, bunlar yanan maddələrdir.

Etikxeber.az-ın xəbərinə görə,  bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

K. Heydərov bildirib ki, binanın içərisində yanğınsöndürənlər xüsusi geyimlərlə yanğının söndürülməsində iştirak edirlər, bayırdan isə yanğınsöndürən maşınlar yanğının söndürülməsinə cəlb olunub: “Bu, ciddi yanğındır. İlk dəqiqələrdən yanğının qonşuluqdakı tikililərə keçməsinin qarşısı alınıb. Belə olmasaydı, yanğının qarşısını almaq çox çətin olardı. Yanğın artıq lokallaşdırılır, açıq alov məhdudlaşdırılır”.

Nazir həmçinin deyib ki, sahibkarlara kompensasiya verilib-verilməyəcəyi sonrakı prosesdir, ona qərar vermir:

“Bizim hazırda əsas işimiz yanğını söndürmək və imkan daxilində insanların yanmamış mallarını oradan çıxartmaqdır”.

K. Heydərov bildirib ki, hər bir sahibkar öz malını sığortalamalıdır: “Bura özəl obyekt, özəl ticarət mərkəzidir. Burada ticarətlə məşğul olan hər bir mal sahibi öz dükanını, mallarını sığortalamalıdır”.

Nazir hüquq-mühafizə orqanlarının da hadisə ilə bağlı müvafiq addımlar atacağını qeyd edib.

Etikxeber.az

Read Previous

İnsanov siyasətlə məşğul olsun, olmasın? – FİKİRLƏR BİRMƏNALI DEYİL

Read Next

Ticarət mərkəzi yanır – BAKIDA – FOTOLAR – YENİLƏNİB – (4)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir