“Onda belə çıxır ki, o, bütün Azərbaycan xalqını məhkəməyə verir…”-FƏZAİL AĞAMALIDAN RAMİZ MEHDİYEVƏ CAVAB

Olsun, versin məhkəməyə. Mən şəxsən məhkəmədə onunla üz-üzə gəlməyə birmənalı şəkildə hazıram.

Etikxeber.az-ın xəbərinə görə, bunu Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı Cebhe.info-ya akademik Ramiz Mehdiyevin son açıqlamasına münasibətini bildirərkən deyib.

O, R. Mehdiyevin hələ də yol verdiyi hərəkətin fərqində olmadığına təəssüfləndiyini bildirib: 

“Pandemiya dövründə toy mərasimlərinin qadağan olunmasına baxmayaraq, nəvəsinin toyu üçün bütün imkanlarını ortalığa qoyan, eyni zamanda bağ evini toy mərasimi keçirilən məkana çevirən, çoxsaylı qonaqları aldadaraq toya dəvət edən məhsuliyyətini çox təəssüf ki, hələ də başa düşmür. Çoxsaylı millət vəkillərinin, jurnalistlərin, müstəqil insanların hər birini məhkəməyə verməklə, onların üzərinə getməklə özünü bir daha bitib-tükənməyən kin-küdürətini göstərməkdədir. Olsun, versin məhkəməyə. Mən şəxsən məhkəmədə onunla üz-üzə gəlməyə birmənalı şəkildə hazıram.

Onda o məhkəmə artıq onun bütün karyerası dövründə törətmiş olduğu çirkin əməllərin və cinayətlərin açılış məhkəməsi olacaq. Əgər özündə bu cəsarəti tapırsa, versin məhkəməyə. Hələ sabah, biri gün də prosesləri izləyəcək və yəqin ki, həftə sonunda öz fikirlərimi ətraflı şəkildə ictimaiyyətə çatdıracağam”.

F.Ağamalı onu da əlavə edib ki, R.Mehdiyevin Azərbaycan xalqını məhkəməyə verməyə gücü çatmaz:

“Çoxsaylı millət vəkilləri, jurnalistlər, partiya sədrləri və bununla yanaşı minlərlə Azərbaycan vətəndaşının ona qarşı etirazına görə bizləri məhkəməyə verirsə, versin. Onda sosial şəbəkələrdə onun ünvanına tənqidi fikir yazanları da məhkəməyə versin. Bu insanların sayı artıq on minlərlədir. Buna görəsən onun cəsarəti, real imkanları, gücü çatarmı? Onda belə çıxır ki, o, bütün Azərbaycan xalqını məhkəməyə verir”.

Etikxeber.az

Read Previous

“Ramiz müəllim izah etsin ki, məmur maaşı ilə Novxanıda lüks villaları necə alıb?”-ELXAN ŞAHİNOĞLUDAN MEHDİYEVİN MƏHKƏMƏ HƏDƏSİNƏ CAVAB GƏLDİ…

Read Next

“Mehriban Əliyevanı düşünərkən…”-MİLLƏT VƏKİLİ YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir